Azərmarka uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb

22-06-2018 / 11:48

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərmarka MMC-nin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyi rəsm müsabiqəsi başa çatıb.

Xeberler.az bildirir ki, Yaşa, Azərbaycanım! şüarı ilə müsabiqənin keçirilməsində başlıca məqsəd uşaqlarda vətənpərvərlik və vətənə məhəbbət, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir.

Qeydedək ki, müsabiqəyə 5-14 yaşlı uşaqlar tərəfindən təqdim olunmuş 200-ə qədər rəsm əsərindən 93-ü sərgidə nümayiş olunmaq üçün seçilib. Bu rəsmlərdən 12 əsər Azərmarka MMC tərəfindən seçilərək, poçt açıqcası kimi çap olunub. Rəsmləri sərgidə nümayiş üçün seçilənlər arasında 5-6 yaşlı uşaqlar üstünlük təşkil edib.

Müsabiqənin qalibləri isə peşəkar rəssamlardan ibarət münsiflər heyəti tərəfindən seçilib. Beləliklə, I yerin qalibi 6 yaşlı Mehin Süleymanzadə, II yerin qalibi 14 yaşlı Fuad Anzurov, III yerin qalibi isə 7 yaşlı Zəhra Məmmədzadə olub.

Qaliblər və seçilmiş rəsmlərin müəllifləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azercell Telekom MMC şirkəti tərəfindən mükafatlandırılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.