Ölkəmizdə ilk dəfə “Creative Solution Go” olimpiadası keçirilib

18-12-2020 / 11:28

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində dekabrın 16-17-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin “Kreativ Azərbaycan” portalının dəstəyi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə ölkəmizdə ilk “Creative Solution Go” – “Yaradıcı həllərə doğru” olimpiadası keçirilib.

Xeberler.az bildirir ki, “Pandemiya dövründə necə yaşamalı” mövzusunda keçirilən olimpiadanın məqsədi pandemiya şəraitində gənclərin proqramlaşdırma, komanda halında işləmək, İKT və elmi biliklərinin inkişafına dəstək olmaq, onlarda kodlaşdırma və vizuallaşdırmaya marağı artırmaq, oyun və animasiyaların hazırlanmasında inkişafa təkan verməkdir.

Olimpiada 7-12 yaşlı uşaqlar üçün 2 kateqoriya üzrə keçirilib. Tədbirdə “Oyun dizayn və təqdimatı” üzrə 16, “Animasiya dizayn və təqdimatı” üzrə 12, ümumilikdə isə 28 məktəbli iştirak edib. İştirakçılar oyun və animasiya təqdimatlarını hazırlayaraq 2 dəqiqəlik videolar təqdim ediblər.

Animasiya dizayn və təqdimatı üzrə 1-ci yerin qalibi Hüseyn Əhmədli, 2-ci yerin qalibi Yaşar Həsənli, 3-cü yerin qalibi Anna Neymışeva olub.

Oyun dizayn və təqdimatı üzrə isə 1-ci yerin qalibi Saleh Quluzadə, 2-ci yerin qalibi Muhamməd Mustafa, 3-cü yerin qalibi isə Eldar Mustafayev seçilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə