Bakcell Bakutel-də hansı məhsullarını təqdim edir?

30-11-2016 / 12:25

Bakcell şirkəti  hazırda davam edən Bakutel  sərgisinin iştirakçısıdır.

Hər il olduğu kimi bu il də şirkət öz stendində sərgini ziyarət edənləri böyük məmnuniyyətlə qarşılayır və özünün ən son texnologiyalara əsaslanan xidmət və məhsullarını nümayiş etdirir.

Builki sərgidə Bakcell-in stendində aşağıdakılar guşələr təşkil edilib:

Ulduzum – Bu hissədə qonaqlar Ulduzum sadiqlik proqramı barədə ətraflı məlumat əldə etməklə yanaşı interaktiv oyunda iştirak edəcəklər. Yüksək nəticələr əldə edən iştirakçılara Ulduzum proqramının tərəfdaşlarından müxtəlif hədiyyələr təqdim olunacaq.

Bakcell Bussiness – Burada sərgi iştirakçılarına Bakcell şirkətinin Biznes tarifləri barədə ətraflı məlumat təqdim ediləcək.

Nomrem.bakcell.com - Qonaqlar xüsusi yaradılmış internet səhifəsi vasitəsilə almaq istədikləri nömrənin boş olub-olmadığını özləri yoxlaya biləcək və seçdikləri nömrəni sifariş vermək imkanına malik olacaqlar.

Virtual Reallıq - Burada sərginin qonaqları Bakının ən hündür nöqtələrindən birini virtual şəkildə ziyarət edəcək, hündürlükdən qorxmayan cəsarətli qonaqlar isə kiçik müsabiqədə iştirak edə biləcəklər.

Bakcell Arena - Qonaqlar stend ərazisində qurulan kiçik futbol sahəsində futbol çempionatının iştirakçısı olacaqlar. Sərgi keçirildiyi müddət ərzində hər gün baş tutan finalın qalibləri Mançester şəhərinə pulsuz səfər etmək imkanı qazanacaqlar.

PES2017 yarışması - Play Station oyununda qalib olan iştirakçılara pulsuz danışıq dəqiqələri təqdim ediləcək.

Applab - Stendin bu hissəsində qonaqlar Applab innovativ mobil developer layihəsi barədə ətraflı məlumat alacaq, proqrama qoşulma qaydaları və üstünlükləri barədə məlumatla tanış olacaqlar.

Sür@- Bu guşədə qurulmuş qaçış lenti trenajorunda iştirakçılar  40 saniyə ərzində qət edə bildikləri məsafə müqabilində pulsuz internet trafiki ala biləcəklər.

“Regionun ən böyük tədbirlərindən biri hesab edilən Bakutel sərgisi 20 ildən artıqdır ki, ölkənin telekommunikasiya və informasiya texnologiyaları sahəsinin güzgüsü rolunda çıxış edir. Bu il 20 illiyini qeyd edən Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ənənəvi qaydada bu önəmli tədbirdə iştirak edir. Beynəlxalq nüfuzlu Bakutel də iştirak bizə öz məhsul və xidmətlərimizi nümayiş etdirmək və yeni tərəfdaşlıqların qurulmasında mühüm rol oynamaqla yanaşı abunəçilərimizlə birbaşa ünsiyyət üçün tam fərqli şərait yaradır. İnanırıq ki, sağlam rəqabət üçün özünəməxsus biznes-platformaya çevrilmiş bu tədbir hər il olduğu kimi bu il də yüksək səviyyədə təşkil olunacaq və iştirakçılarla yanaşı ziyarətçilər üçün məhsuldar olacaq. Sərginin təşkilatçıları və bütün iştirakçılara uğurlar arzu edirik!”, deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.

Qeyd edək ki, Bakcell şirkəti ilk gündən etibarən hər il Bakutel sərgisində iştirak edir və ziyarətçilərə öz xidmət və məhsullarını nümayiş etdirməklə yanaşı onlar

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.