Bakıda Kibertəhlükəsizlik həftəsi işə başlayıb

11-03-2019 / 10:46

“Kibertəhlükəsizlik Azərbaycan üçün əhəmiyyətli məsələdir”.

Xeberler.az  bildirir ki, bunu Bakıda işə başlayan “Kibertəhlükəsizlik həftəsi "nin açılışında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O qeyd edib ki, Azərbaycanda kibertəhlükəsizliklə bağlı yeni strategiya təsdiqlənəcək: "Ötən ilin sonunda Nazirlər Kabinetinin iclasında "Kibertəhlükəsizlik strategiyası" müzakirə olundu və qəbul olundu. Tezliklə bu strategiyanın təsdiqlənəcəyini gözləyirik".

Tədbirdə çıxış edən "Microsof Azerbaijan" şirkətinin rəhbəri Sərxan Həşimov isə bildirib ki, son illər Azərbaycan hakerlərin diqqətini daha çox çəkməyə başlayıb:

"Ölkəmiz inkişaf etdikcə bu qüvvələrin marağı daha da artır. Ümid edirəm ki, dövlət və özəl sektorun əməkdaşlığı nəticəsində haker hücumlarının qarşısını almaq üçün daha mükəmməl qanunvericilik bazası hazırlamaq mümkün olacaq”. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.