II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində 3 mart tarixində dövlət və bank sektorunda çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün “Pentestinq” üzrə praktiki seminar keçirilib.
Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) və “IS3S” şirkətinin birgə təşkilatçılığı ilə baş tutan seminarda “Infomation Security Solutions” şirkətinin həmtəsisçisi Azamat Zilokov çıxış edərək informasiya təhlükəsizliyinin təmini məsələlərinin önəmliyini qeyd edib. O bildirib ki, bu sahədə mövcud problemlərin aradan qaldırılması birgə səylərin birləşdirilməsini tələb edir.
“Information Security Solutions” şirkətinin nümayəndəsi, Rusiyada tanınmış kibertəhlükəsizlik mütəxəssisi və tədqiqatçısı Yuri Qurkin pentest, yəni informasiya təhlükəsizliyi üzrə sınaqlar və hücumların tipləri, metodologiyası, təhdidlərin növləri, istifadə olunan ənənəvi kibertəhlükəsizlik həllərinin üstün və mənfi cəhətlərini diqqətə çatdırıb, təhdidlərin qarşısını almaq, eləcə də bank sistemi üçün arxitektura həlləri üzrə tövsiyələrlə çıxış edib.
Məruzəçi eyni zamanda pentest üzrə sənədin hazırlanma qaydası, sertifikatlaşdırılmış həllərin istifadəsinin üstün və mənfi cəhətləri, veb-təhdidlər, manual, avtomatik test və digər əhəmiyyətli mövzular haqqında seminar iştirakçılarına geniş məlumat verib.
Sonra məruzəçi iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Xatırladaq ki, “Kibertəhlükəsizlik həftəsi” sahə üzrə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir ki keçirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri