“İnnovasiyalar həftəsi – InnoWeek 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə “Cyber Security Envisioning Workshop” – kibertəhlükəsizlik vebinarı keçirilib.
Xeberler.az bildirir ki, tədbirdə “Microsoft” şirkətinin yerli və beynəlxalq ekspertləri tərəfindən şirkətin kibertəhlükəsizlik sahəsində nailiyyətləri və Azərbaycan hökuməti ilə imzalanmış saziş çərçivəsində əldə olunmuş kibertəhlükəsizlik həlləri nümayiş etdirilib.
“Microsoft Azərbaycan” şirkətinin baş meneceri Qaçay Mirzəyev şirkətin kibertəhlükəsizlik həlləri barədə təqdimatla çıxış edib.
Q.Mirzəyev şanlı ordumuzun 44 günlük Zəfər yürüşü sayəsində 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımızda Azərbaycanın tarixi qələbəsi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini bildirib. O, ordudan tərxis edilən hərbçilər arasında ingilis dilini bilən və kibertəhlükəsizliyə marağı olan gənclərin sahə üzrə bilik və bacarıqlarının artırılması məqsədilə “Microsoft” korporasiyasının “Military Affairs Education Portal” (“miledu.microsoft.com”) internet informasiya ehtiyatı haqqında məlumat verib.
Vebinarın gedişində sahə üzrə xarici ekspertlər müasir kibertəhlükəsizlik trendləri və həlləri barədə təqdimatlarla çıxış ediblər.
Ümumilikdə yeni nəsil kibertəhdidlər və onlardan müdafiə yolları, kibertəhlükəsizliyin təmin edilməsində bulud həlləri, “Təhlükəsizlik üzrə Əməliyyat Mərkəzləri”nin qurulması və idarə edilməsi mövzularında məruzə və təqdimatlar edilib. Bununla yanaşı, təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə virtual sual-cavab sessiyaları və müzakirələr təşkil olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri