Previous Next
Bağla

Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr mövzusunda seminar keçirilib

22-11-2018 10:15
Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr mövzusunda seminar keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə cari ilin 15-16 noyabr tarixlərində Avropa İttifaqının TAİEX yardım aləti çərçivəsində “Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr” mövzusunda seminar keçirilib.

Xeberler.az  bildirir ki, seminar nazirliyin Elektron Təhlükəsizlik Xidməti tərəfindən TAİEX yardım aləti çərçivəsində təqdim olunmuş layihə əsasında reallaşıb. Tədbirin məqsədi kibertəhlükəsizlik strategiyaları və onların həyata keçirilməsi üzrə tədbirlər planlarının hazırlanmasında Avropa İttifaqının (Aİ) təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi, həmçinin, ölkə qanunvericiliyinin Avropa direktivlərinə uyğunlaşdırılması ilə bağlı müzakirələrin təşkili olub. Seminarda, həmçinin, şəbəkə və informasiya sistemlərinin təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edən fərdi məlumatların mühafizəsinə dair müzakirələrə (“GDPR Regulation”) geniş yer verilib.

Seminarda açılış nitqi ilə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edib. Nazir müavini ölkəmizdə kibertəhlükəsizlik üzrə hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının qoşulduğu aidiyyəti beynəlxalq konvensiya və proqramlar, milli qanunvericilik bazasının inkişaf etdirilməsi üzrə aparılan işlər barədə ətraflı məlumat verib. Ölkəmizin ümumi inkişafında kibertəhlükəsizlik məsələlərinə ciddi diqqət ayrıldığını vurğulayan E.Vəlizadə nazirliyin və digər dövlət qurumlarının yaxından iştirakı ilə beynəlxalq təcrübə əsasında kibertəhlükəsizlik üzrə milli strategiyanın hazırlandığını bildirib.

Azərbaycan Respublikasına təyin olunmuş Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas kibertəhlükəsizlik üzrə Aİ-nin Azərbaycanla əməkdaşlığının  əhəmiyyətini vurğulayıb. Daha sonra Almaniya, Polşa, Slovakiya və Estoniyanın sahə üzrə aparıcı ekspertləri Aİ-nin, o cümlədən öz ölkələrinin təcrübəsini bölüşüblər. Ekspertlər, həmçinin, e-imzaların qarşılıqlı tanınması ilə bağlı təqdimatlar ediblər. Tədbir xarici ekspertlərin və iştirakçıların ətraflı müzakirələri ilə başa çatıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə ilk regional təlimlər Bakıda keçirilir

MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə ilk regional təlimlər Bakıda keçirilir

05-09-2018
Azərbaycanda Kibertəhlükəsizlik üzrə Milli Strategiya hazırlanır

Azərbaycanda Kibertəhlükəsizlik üzrə Milli Strategiya hazırlanır

05-09-2018
“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilib

“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilib

05-03-2020
"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

26-11-2025
NRYTN-nin təşəbbüsü ilə kibertəhlükəsizliyə dair onlayn tədbir keçirilir

NRYTN-nin təşəbbüsü ilə kibertəhlükəsizliyə dair onlayn tədbir keçirilir

05-03-2021
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına  start verilib

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022
Azərbaycanda kibertəhlükəsizlik üzrə beşillik strategiya hazırlanıb

Azərbaycanda kibertəhlükəsizlik üzrə beşillik strategiya hazırlanıb

14-05-2021
Avropa İttifaqının dəstəyi ilə nəqliyyat sahəsində ekspert missiyası öz işinə başlayıb

Avropa İttifaqının dəstəyi ilə nəqliyyat sahəsində ekspert missiyası öz işinə başlayıb

21-12-2018
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

05-03-2020
ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

01-12-2025
Bugünkü kibertəhlükəsizlik  ilə  bağlı konfrans başa çatdı

Bugünkü kibertəhlükəsizlik ilə bağlı konfrans başa çatdı

13-04-2015
Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026
Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik seminarı keçirilib

Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik seminarı keçirilib

17-06-2025
Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

31-08-2023
Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

16-09-2025
“InnoWeek 2020” çərçivəsində kibertəhlükəsizlik üzrə vebinar baş tutub

“InnoWeek 2020” çərçivəsində kibertəhlükəsizlik üzrə vebinar baş tutub

15-12-2020
Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq təlimlərə qeydiyyat başlayıb

Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq təlimlərə qeydiyyat başlayıb

21-02-2020
“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024
Avropa Komissiyası vahid kibertəhlükəsizlik agentliyinin yaradılmasını təklif edib

Avropa Komissiyası vahid kibertəhlükəsizlik agentliyinin yaradılmasını təklif edib

24-06-2021
Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024
Kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün “Pentestinq” seminarı keçirilib

Kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün “Pentestinq” seminarı keçirilib

03-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə