Kibertəhlükəsizlik sahəsində çoxsaylı tədbirlərin keçirilməsi ölkəmizdə kiberməlumatlılığın artmasının bariz nümunəsidir.
Xeberler.az məlumat verir ki, bu sözləri “Prosol” şirkətinin İdarə Heyətinin sədri Babək Ağayev Dövlət Qurumlarının İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə toplantısında deyib.
Babək Ağayev qeyd edib ki, sentyabrın 21-də Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Günlərinə (“ICSD 2023”) həsr edilmiş “Rəqəmsal iqtisadiyyatlar və kibertəhlükəsizlik” adlı 3 günlük konfrans bu gün işini yekunlaşdıracaq. Bu il tədbir çərçivəsində 8 panel müzakirəsində 60-dan çox spiker çıxış edərək Azərbaycanda dövlət və özəl sektorun nümayəndələri kibertəhlükəsizlik məsələlərini müzakirə ediblər, yenilikləri bölüşüblər.
“Kibertəhlükəsizlik bütün dövlətlər, o cümlədən Azərbaycan üçün milli təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsidir. Bütün dövlətlər öz milli təhlükəsizliyi ilə bağlı artıq yeni tendensiyalarda planlarını qurarkən, kibertəhlükəsizliyi də bunun tərkib hissəsi kimi düşünürlər. Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir, bu sahə dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanılır, bu, çox sevindirici və qürurverici məqamdır. Avqust ayında Prezidentimiz İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” və bu Strategiyadan irəli gələn tədbirlər, özəl və dövlət sektorun üzərinə düşən məsuliyyətin daha çox dərk edilməsi üçün vacibdir. Bu, milli qanunvericiliyin getdikcə daha uyğun formada formalaşdırılması, bu sahənin inkişaf etməsi üçün mühüm rol oynayır”, - deyə B.Ağayev bildirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri