Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017 / 09:57

Oktyabrın 19-da  Bakıda “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı – inkişaf perspektivləri” adlı birinci beynəlxalq konfrans keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, tədbirin təşkilatçısı Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.

Konfransın işində Avropa İttifaqı və Beynəlxalq Bankın, BMT-in İnkişaf Proqramı, Rusiya, Estoniya, İngiltərə, Polşa, İsveçrə, Çin və digər ölkələrin nümayəndələri iştirak edəcək.

Konfrans çərçivəsində ictimaiyyətə dövlət və özəl sektorun partnyorluq prinsiplərinə əsaslanan innovativ dövlət startapı kimi Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının inkişafı üzrə konsepsiya təqdim olunacaq.

 Konfransda elektron imzanın tətbiqi və qarşılıqlı tanınması, ixrac prosedurlarının sadələşdirilməsi, qeyri-rezidentlərə elektron imzanın verilməsi, şirkətin distant yaradılması və idarə edilməsi, eləcə də elektron kommersiya sahəsində yeni həllər mövzusu müzakirə oluncaq.

Qeyd edək ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı –elektron tranzaksiyaların hüquqi qüvvə daşıyacağı və elektron ticarətin iştirakçılarının portalda qeydiyyatı prosedurunun hüquqi şəxslərin reyestri vasitəsilə dövlət tərəfindən təsdiqlənəcəyi elektron ticarətin innovativ platformasıdır.

Çıxış nitqindən sonra konfrans iki müzakirə panelinə ayrılacaqdır: “Rəqəmsal Ticarət Qovşağı beynəlxalq ticarət və Azərbaycanın iqtisadi inkişafının drayveri kimi və transsərhəd ticarətin innovativ həlləri” və “Rəqəmsal Ticarət Qovşağı - dövlət və özəl sektorlar arasında əməkdaşlıqda maksimum sinenerjinin təmin edilməsi üçün vasitə kimi”.

“Asan İmza” mobil elektron imzanın operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru hesab edilən B.EST Solutions Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpe birinci müzakirə panelinin moderatoru kimi çıxış edəcəkdir. İkinci müzakirə panelinin moderatoru isə Azexport.az portalının rəhbəri Zaur Qardaşov olacaq.

Günel

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.