Ölkədə ilk dəfə elektron formada memorandum bağlanıb

16-06-2017 / 16:26

Bu gün Aərbaycanda Asan İmza mobil elektron imzanın milli operatoru olan B.est Solutions şirkətinin təşkilatçılığı ilə “ID/DIALOGUES: SMART Mobile Azerbaijan” konfransı keçirilib.

Xeberler.az-ın məlumatına görə, konfrans, mobil şəbəkə operatorları üçün Asan İmza vasitəsilə innovativ xidmətlərin göstərilməsində yeni trend və tendensiyalara həsr olunub.

İnnovativ Azərbaycanın rəqəmsal ticarət qovşağı üçün açar olan Asan İmza əsasında m-Residency, Asan İmza ilə inteqrasiya olunmuş elektron xidmətlər, mobil identitetin istifadəsilə ən yeni maliyyə xidmətləri və ödəniş sistemləri kimi nailiyyətləri nümayiş etdirilmiş, NFC vasitəsilə Asan İmzan-ın eSIM-də, mobil cüzdanlarda, ödəmələrdə, əşyaların İnternetində və s. istifadəsinin yeni metodları işıqlandırılıb.

Konfransda Azərbaycan, Rusiya, Ukrayna, Mərakeş, Braziliya, Fransa, İran və Əfqanıstanın yuxarıda qeyd olunan məsələlərdə regional lider olan şirkətlərin, bank və mobil operatorların nümayəndələri öz innovativ təcrübələri ilə bölüşmüş və konfransın proqramının aktual məsələlərini müzakirə edib.

“ID/DIALOGUES: SMART Mobile Azerbaijan” konfransında məruzələrlə çıxış edənlər sırasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının direktoru və E-xidmətlərin rəhbəri cənab Zaur Qardaşov, Azərbaycanda Asan İmza mobil elektron imza xidmətinin milli operatoru olan B.est Solutions şirkətinin təsisçisi və direktoru xanım Yana Krimpe, Valid S.A şirkətinin telekommunikasiya, satış və marketinq üzrə direktoru cənab Jorge Rovira, B.EST Solutions Estonia şirkətinin satış üzrə direktoru cənab Daniil Qusev, B.est Solutions şirkətinin beynəlxalq eksperti cənab Yurgen Niinre, Telecom & Payment BU şirkətinin tədqiqatlar və proqramlar üzrə direktoru, SIM Alliance idarə heyətinin həqiqi üzvü, cənab Bertran Mussel, Valid SA şirkətinin proqram təminatı və xidmətləri üzrə direktoru cənab Pierre Lassus qeyd etmək olar.

Qeyd etmək lazımdır ki, “ID/DIALOGUES: SMART Mobile Azerbaijan” konfransı müntəzəm keçirilək və 2014-cü ildə Belçikanın paytaxtı Brüssel şəhərində, Avropa Parlamentində başlanan «Azərbaycanda innovasiyalar və mobil identifikasiya: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü» konfransının davamı hesab edilir.

Konfrans Avropa İttifaqı və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təşəbbüsü ilə təşkil olunub. Konfrans çərçivəsində ilk dəfə olaraq elektron şəkildə beynəlxalq səviyyəli Anlaşma Memorandumu bağlanıb. Memorandum Azərbaycanın Asan İmza və Estoniyanın Mobile ID elektron imzaları vasitəsilə imzalanıb.

Bu hadisə beynəlxalq münasibətlərin yeni səviyyəsinin – rəqəmsal inteqrasiyanın formalaşması yolunda vacib bir addım olaraq, Azərbaycanın rəqəmsal ticarət qovşağının yaradılmasının əsasını qoymuş oldu.

Memorandum Azərbaycan Respublikasının Vergilər nazirinin müavini Sahib Ələkbərovun şəxsində Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi ilə icraçı direktor Kalev Pihlin şəxsində Estoniya Sertifikat Mərkəzi arasında bağlanıb.

Bu konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov qeyd edib ki, Asan İmza xidməti Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yaradılmasına təsir edəcək.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə