Bitcoin əməliyyatların 44 faizi qanunsuzdur

09-02-2018 / 12:51

Bitcoin-lərdən istifadə nəticəsində həyata keçirilən əməliyyatların 44%-i qanunsuz fəaliyyətlə bağlıdır.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən bildirir ki, Sidney Universitetinin maliyyə və iqtisadiyyat sahəsi üzrə iki mütəxəssisi və Riqa Stokholm İqtisad Məktəbinin alimi belə qənaətə gəliblər.
 
"Araşdırmamıza görə, Bitcoin istifadəçilərinin 25%-i və tranzaksiyaların təxminən 50%-i qanunsuz fəaliyyətlə bağlıdır – The Next Web nəşri hesabatdan sitat gətirib.

Alimlər qanunsuz fəaliyyətlə bağlı olan kriptovalyuta ödənişlərinin illik dövriyyəsini 72 milyard dollar məbləğində qiymətləndiriblər ki, bu da ABŞ və Avropada narkotik maddələr satışının dövriyyəsinə yaxın göstəricidir".
 
"Kriptovalyutaların bir çox üstünlüklərinə, o cümlədən sazişlərin daha sürətli və effektiv bağlanmasına baxmayaraq, qanunsuz ticarətdə (narkotik, müdaxilə və oğurluq, qeyri-leqal pornoqrafiya və hətta sifarişli qətl), terrorçuluğun maliyyələşdirilməsi, çirkli pulların yuyulması və kapitalın hərəkətinə nəzarətdən yayınma kimi hallarda onlardan istifadə zamanı normativ narahatlıqlar yaranır" – tədqiqatçılar bildiriblər.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.