“Cisco Expo Learning Club” klubuna azərbaycanlı İT-mütəxəssislər daxil olur

27-10-2009 / 16:33

“Cisco Expo Learning Club” klubuna azərbaycanlı İT-mütəxəssislər də daxil olur.

Ümumiyyətlə, hazırda kluba Azərbaycan, Rusiya, Belarusiya, Almaniya, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və Ukraynanı kimi ölkələri təmsil edən 4360 mütəxəssis daxildir.

İKT İnformasiya Mərkəzindən Xeberler.az-a daxil olan məlumata əsasən cari ilin fevral ayında bəyan edilmiş Cisco Expo Learning Club təşəbbüsü Cisco şirkəti və onun tərəfdaşları tərəfindən təşkil olunan və MDB-dən olan İT-mütəxəssislər üçün nəzərdə tutulmuş pulsuz tədris seminarları və aksiyalardır. 

Mütəxəssislərin rəyinə əsasən, “Cisco Learning Club” klubu İT-mütəxəssislərin ixtisaslarının artırılması istiqamətində MDB ərazisində fəaliyyət göstərən, bəlkə də, ən irimiqyaslı instituta çevrilməkdədir. Cisco WebEx internet-servisinin yardımılə klubun üzvləri üçün multimediya konfranslarının keçirilməsi məqsədilə müvafiq imkan yaradılmışdır. Bundan əlavə, klubun üzvləri daim təcrübə mübadiləsi aparır və internet-texnologiyaları vasitəsilə daim əlaqə saxlayırlar.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə