Con Batçelor : Azərkosmos auditoriyama maraqlıdır

14-03-2019 / 11:26

“Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev ABŞ-ın geniş auditoriyaya malik olan, məhşur “Con Batçelor Şou” (John Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelora müsahibə verib.

Xeberler.az  bildirir ki, ötən ilin avqust ayında “Azərkosmos”un fəaliyyəti və idarəçiliyində olan peyklər barədə məlumatı geniş kütləyə çatdıran amerikalı jurnalistə bu dəfə “Azərkosmos”un son yarım ildə gördüyü işlərdən, xüsusilə artıq kommersiya fəaliyyətinə başlayan “Azerspace-2” peyki və onun üstünlüklərindən bəhs olunub.

Söhbət əsnasında kosmik sahədə Azərbaycan və ABŞ arasında sıx əməkdaşlığın olduğu qeyd olunub, “Azerspace-1” və “Azerspace-2” peyklərinin ABŞ-ın kosmik sahədə aparıcı şirkətləri olan “Orbital Sciences Corporation” və “Space Systems/Loral” (SSL) tərəfindən yüksək etibarlı platformalar əsasında istehsal olunduğu vurğulanıb.

Con Batçelor öz növbəsində bildirib: “Azərkosmos” peyk xidmətləri təklif edən operator olaraq mənim auditoriyama olduqca maraqlıdır və fəaliyyətiniz haqqında informasiyanı mütəmadi olaraq dinləyicilərimlə bölüşürəm”.

Həmçinin, müsahibə zamanı həmsöhbət olan “The Washington Times” qəzetinin müxbiri Monika Krouli və amerikalı investor Kristian Nikson ilə birgə peyk texnologiyaları sahəsində qlobal trendlər və telekommunikasiya sektorunun dəyişən dinamikası haqda fikir mübadiləsi aparılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.