Ekspert şagirdlərin imtahan nəticələrindən danışdı

24-04-2019 / 15:33

"DİM müxtəlif mərhələlərdə keçirilən imtahanların nəticələrini açıqlamağa başlayıb. Məsələn, martın 3-də keçirilmiş imtahanın nəticələri aprelin 18-də DİM-in saytında yerləşdirilib. Burada imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırıqların doğru cavabları, mümkün həll yolları) şagirdə məxsus səhifədə baxmaq mümkündür.Təbii ki, sistemə daxil olub öz nəticələrini araşdıran şagirdlərin sayını DİM sistemdə görə bilir. DİM bildirir ki, imtahan nəticələri, cavab vərəqləri və qiymətləndirmə meyarlarına baxanların sayı çox azdır. Bir həftə ərzində ərzində imtahanda iştirak etmiş 37434 nəfərdən cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) cəmi 9982 nəfər baxıb, 21492 nəfər isə sadəcə öz nəticələrinə (topladığı bala) baxmaqla kifayətlənib. Təəssüfləndirici haldır."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert eyni zamanda bu istiqamətdə əlavə tədbirlərin keçirilməli olduğunu da vurğulayıb:

"Necə ola bilər ki cəmi 27% şagird, cəmi 27% şagirdin valideyni və müəllimi üçün cavablar maraqlı olsun. Cavab tapa bilmirəm. Necə ola bilər ki, müəllimlər, valideynlər uşaqdan tələb etməsin ki sistemə daxil olub öz cavablarına baxsın və onlara da göstərsin. Düşünürəm ki, TN bu istiqamətdə əlavə tədbirlər keçirsə, tələblər müəyyən etsə yaxşı olardı. Yəni, heç olmasa bu imtahan nəticələrini siniflərdə, məktəblərdə ciddi müzakirəsini təşkil etmək , fərqlənənləri təltif etmək, stimullaşdırmaq , valideynləri bu işə cəlb etmək üçün əlavə addımlar atmaq faydalı olardı."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.