Previous Next
Bağla

Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

13-04-2022 18:32
Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

DİM bir ay bundan öncə keçirilən buraxılış imtahanlarının nəticələrini ötən gün elan edib. Qurum açıqlayıb ki, gecikmə kodlaşdırıla bilməyən, imtahan verənlər tərəfindən əl ilə yazılan sualların yoxlanılması ilə bağlı olub.

Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.

Espertin sözlərinə görə, bu tip yazı işlərinin yoxlanılması kompüterlər tərəfindən deyil, onlayn formada, dədə-baba qaydasında, qabaqcadan hazırlıq keçən markerlər tərəfindən həyata keçirilib.

 

“DİM yoxlayanları identifikasiya etmək üçün biometrik texnologiyalardan da istifadə edib. Qurum yazı işlərinin yoxlanılması üçün öz resursları hesabına xüsusi proqram təminatı da hazırlayıb.”

 

Maraqlı məqam odur ki, DİM bu proseslərə nə qədər texnologiya tətbiq etsə də emal prosesini sürətləndirə bilməyib.

Osman Gündüzün fikrinə görə bir aylıq proses kifayət qədər uzun bir zamandır.

“Bildiyim qədər yazılı cavab tələb edən, yəni kompüterlər tərəfindən deyil, markerlər tərəfindən yoxlanılan sualların sayı 25-dir.

Yəni, belə qənaətə gəlmək olar ki, cəmi 25 suala görə DİM bir ay vaxt sərf etməlidir ki, cavabları təqdim edə bilsin.”

 

Buradan belə qənaətə gəlmək olar ki, bu prosesdə nələrsə düzgün qurulmayıb.

Ekspertin sözlərinə görə, ilk ağla gələn variant odur ki, güman ki, DİM-in maliyyə imkanları yetərli deyil, DİM çox yüklənib və bu səbəbdən də daha az resurslarla, az sayda markerlərlə daha çox işlərin görülməsinə çalışırlar.

“Fikrimcə , belə yanaşma doğru deyil. Əgər DIM-in resursları yetərli deyilsə hökumətə müraciət etməlidir ki, imtahanların daha çevik və effektiv formada təşkili üçün əlavə vəsaitlər ayırsın.

 

Əgər DİM-in resursları yetərli deyilsə və hökumətdən də vəsaitlər almaqda çətinliklər varsa onda DİM müəyyən müddət üçün yazılı cavablar tələb edən suallardan imtina edib, onların əvəzinə kodlaşdırıla bilən açıq tipli testlər salması da vəziyyətdən çıxış yolu ola bilərdi.

 

İkinci diqqət cəlb edən məsələ odur ki, DİM İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün 25 aprel tarixindən etibarən onlayn apellyasiya prosesi təşkil ediləcək.

Amma maraqlıdır ki, imtahan verənlərin əlində cavab kartları yoxdur. DİM sual kitabçalarını təqdim etməyib.

Dəfərlərlə bu haqda bildirmişik ki, bu doğru bir yanaşma deyil.

Kitabçaların imtahan verənlərə təqdim edilməsi vacibdir və faydalıdır.”

 

Gündüz Osman güman edir ki, DİM-in test bazası yetərli olmadığından imtahanlara təkrar testlər salmağa məcburdur. Odur ki, sui-istifadənin qarşısını almaq üçün DİM sual kitabçalarını yığmaq məcburiyyətindəir

“Bu isə yolverilməzdir. DİM özünün test bazasını qaydaya salmalı və zənginləşdirməli, resurslar cəlb etməklə imtahanlara düşəcək testlərin unikallığını təmin etməlidir. Əlavə resurslar cəlb etməlidir.

 

Beləliklə, görünən odur ki, DİM imtahan proseslərini nə qədər şəffaf qursa da, imtahanların təşkilinə yetərincə texnologiyalar tətbiq etsə və canlı resurslar cəlb etsə də çeviklik və effektivlik olmadığından problemlər qaçılmaz olur.

Nəzərə almaq lazımdır ki, imtahan nəticələrinin gecikdirilməsi də susi-istifadə üçün, kənar müdaxilələr üçün, şəffaflıqla bağlı məsələlər üçün də müəyyən problemlər yaradır.

Odur ki, DİM qarşıdakı dövrlərdə bu problemlərin həlli üçün ciddi addımlar atmalıdır.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

23-04-2021
İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019
Ekspert: DİM dövlət resursları hesabına formalaşan test bankını kommersiya qurumlarına satır

Ekspert: DİM dövlət resursları hesabına formalaşan test bankını kommersiya qurumlarına satır

24-02-2022
DİM: Elektron xidmətlərdən istifadə sayı 11 milyonu ötüb

DİM: Elektron xidmətlərdən istifadə sayı 11 milyonu ötüb

19-09-2024
Ekspert : Bu il DİM üçün çox ağır olacaq

Ekspert : Bu il DİM üçün çox ağır olacaq

14-02-2019
DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

15-01-2025
DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019
Ekspert şagirdlərin imtahan nəticələrindən danışdı

Ekspert şagirdlərin imtahan nəticələrindən danışdı

24-04-2019
Ekspert Müəllimlərin İşə Qəbulu ilə bağlı imtahan prosesini müşahidə edib

Ekspert Müəllimlərin İşə Qəbulu ilə bağlı imtahan prosesini müşahidə edib

15-07-2019
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

30-10-2023
596 bal topladığı iddia olunan abituriyent haqlıdırmı?

596 bal topladığı iddia olunan abituriyent haqlıdırmı?

17-08-2018
Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022
56 rayonda buraxılış imtahanı keçirilib

56 rayonda buraxılış imtahanı keçirilib

12-03-2017
 E-markinq sistemi ilə bağlı tədbir keçirilib

E-markinq sistemi ilə bağlı tədbir keçirilib

28-09-2017
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

01-10-2024
DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

17-03-2017
Rəqəmsal SAT imtahanı keçiriləcək

Rəqəmsal SAT imtahanı keçiriləcək

07-03-2023
Ekspert: Hökumət Təhsil Nazirliyini pandemiya ilə təkbətək buraxmamalıydı

Ekspert: Hökumət Təhsil Nazirliyini pandemiya ilə təkbətək buraxmamalıydı

09-03-2021
Bu gün rəqəmsal SAT imtahanı keçiriləcək

Bu gün rəqəmsal SAT imtahanı keçiriləcək

08-03-2025
Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

19-01-2021
40 mindən çox şagird  buraxılış imtahanı verib

40 mindən çox şagird buraxılış imtahanı verib

06-03-2017
DİM növbəti dəfə elektron sınaq imtahanı keçirəcək

DİM növbəti dəfə elektron sınaq imtahanı keçirəcək

08-01-2018
Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024
DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

20-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə