Elektron qurğularda silisiumu əvəzləyəcək texnologiya hazırlanıb

10-10-2018 / 14:20

ABŞ mühəndisləri silisiumu üstələyən materiallardan yarımkeçirici plyonkaların yaradılması texnologiyasını hazırlayıblar.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, müasir hesablama qurğularının əksər hissəsi silisiumdan - dünyada oksigendən sonra ən geniş yayılmış elementdən istehsal edilir. Müxtəlif silisium birləşmələrinə daşlarda, gildə, qum və torpaqda rast gəlmək mümkündür. Silisium kompüter və smartfonlarda ötürücülər, günəş elementləri və inteqral sxemləri daxil olmaqla əksər elektron qurğularda istifadə edilən əsas materialdır. Lakin bununla yanaşı, silisium planetdə mövcud olan ən yaxşı yarımkeçirici material hesab edilmir.  

Bildirilir ki, hazırda Massaçusets Texnologiya İnstitutunun (MIT) mühəndisləri silisiumdan fərqlənən çoxlu qeyri-adi materialdan ibarət nazik yarımkeçirici plyonkaların yaradılması texnologiyasının hazırlanması ilə məşğuldurlar. Tədqiqatçılar aparılan işin nəticələrini nümayiş etdirmək üçün yarımkeçirici xüsusiyyətlərinə görə silisiumu geridə qoyan qallium arsenid, qallium nitridi və litium ftorid materiallarından ibarət elastik plyonkalar hazırlayıblar.

Ekspertlərin fikrincə, yeni texnologiya müasir silisium qurğularından daha yaxşı işləyə bilən istənilən yarımkeçirici elementli birləşməyə malik effektiv iqtisadi elastik elektronika istehsalı metodudur.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.