Previous Next
Bağla

Yarımkeçirici sahəsinə kapital qoyuluşu azalacaq

15-10-2015 10:46
Yarımkeçirici sahəsinə kapital qoyuluşu azalacaq

Gartner analitik şirkəti 2015-ci il üçün dünya yarımkeçiricilər sahəsinə kapital qoyuluşlarının həcmi üzrə proqnozu azaldıb.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, bu il yarımkeçirici istehsalçılarının istehsalın inkişafına 63,9 milyard dollar xərcləyəcəyi gözlənilir ki, bu da ötən ilin 64,6 milyard dollarlıq göstəricisindən 1 faiz aşağıdır.

Lakin 2015-ci ilə nisbətdə yaddaş mikrosxemləri istehsalına xərclərin azaldılmasına görə 2016-cı il üçün kapital qoyuluşlarının 3,3 faiz azaldılmasını nəzərdə tutan proqnoz isə qüvvəsində qalıb.

DRAM yaddaş bazarının artan zəifliyini nəzərə alan analitiklər 2015-ci il üçün DRAM sektorunda kapital qoyuluşları üzrə proqnozu xeyli azaldıblar. Proqnoza görə, istehsalın inkişafına xərclər burada 0,2 faiz artacaq, halbuki əvvəllər 29 faiz artım gözlənilib.

Mütəxəssislərin fikrincə, DRAM istehsalçıları yeni istehsalın deyil, mövcud istehsalın işinin dəstəklənməsinə və avadanlığın modernləşdirilməsinə böyük diqqət yetirməyə başlayacaqlar.

NAND sektoru ilə bağlı analitiklərin proqnozu, əksinə, yaxşılaşıb. Bu il bu sahədə kapital qoyuluşları 0,1 faiz artacaq, halbuki Gartner-in əvvəlki qiymətləndirməsi 19,4 faizlik azalmanı nəzərdə tutub.

Analitiklərin qənaətinə görə, 2015-ci ilin sonunda 2016-cı ilin əvvəlində yarımkeçirici istehsalçıları investisiyaları bölüşdürəcək və DRAM istehsalının inkişafı üçün nəzərdə tutulan vəsaitlərin 10 faizini NAND sektoruna yönəldəcək.

Qeyd edək ki, ötən həftə Gartner növbəti dəfə dünya yarımkeçiricilər bazarı üzrə proqnoza yenindən baxaraq onu azaldıb. Hazırda burada mədaxilin 2014-cü illə müqayisədə 0,8 faiz azalaraq 337,8 milyard dollar səviyyəsində olacağı gözlənilir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2015-ci ildə dünyada mikrosxemlərin satışı azalacaq

12-10-2015

Gartner: “Bu il dünya İT bazarının həcmi 1,4 faiz artacaq”

19-04-2017

Dünya İT bazarında durğunluq gözlənilir

10-07-2019

Bu il kompüterlər 10 faiz bahalaşacaq

30-04-2015

Kompüter elektronikasının tədarükü artacaq

08-07-2015

Smartfonların satışı azalacaq

09-09-2015

Dünyada planşetlərin tədarükü azalacaq

26-02-2015

Dünya İT bazarında azalma qeydə alınacaq

08-04-2016

“2015-ci ildə dünya İT bazarının həcmi 5,5 faiz azalacaq”

01-07-2015

Smartfonların satış həcmi 7 faiz artacaq

13-04-2016

Dünya İT bazarında 3 faiz illik artım proqnozlaşdırılır

13-02-2017

2015-ci ildə 2 milyard mobil telefon satılacaq

15-10-2015

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

08-06-2016

İT xidmətləri bazarının həcmi azalıb

02-11-2015

Dünya telekommunikasiya bazarı üzrə proqnoz azaldılıb

11-11-2015

2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq

20-10-2016

Yarımkeçirici mikrosxem bazarının həcmi rekord həcmə çatıb

02-03-2011

Banklar İT xərcləri artırır

01-05-2015

Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

16-01-2017

Almaniya çip istehsalına 2 milyard avro sərmayə yatıracaq

29-11-2024

Qlobal smartfon bazarı üzrə proqnoza yenidən baxılıb

17-08-2015

Çin yarımkeçiricilər biznesinə milyardlarla investisiya yatırır

17-11-2015

Mobil reklam bazarının həcmi artıb

02-09-2015

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə