Dünyada ən nazik linza yaradılıb

08-04-2016 / 12:20

Avstraliya Milli Universitetinin əməkdaşları Viskonsin-Medison Universitetində çalışan həmkarları ilə birgə dünyada ən nazik (qalınlığı insan saçından min dəfələrlə azdır) linza yaratmağa nail olublar.

Yaradıcıların fikrincə, bu ixtira elastik displey və miniatür kameraların yaradılmasında çevriliş edəcək.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, sözügedən tədqiqatın rəhbəri doktor Larri Lu linzanın yaradılmasında istifadə olunmuş molibden disulfid kristalının qeyri-adi xüsusiyyətlərinin aşkarlanması haqda məlumat verib.

Onun sözlərinə görə, bu material gələcək yüksəktexnologiyalı həllər üçün mükəmməl komponentdir.

Yeni yaradılmış linzanın minimal qalınlığı 6.3 nm (9 atom qatı) təşkil edir. Əvvəlki rekord metamaterialdan hazırlanmış linzaya məxsusdur, onun qalınlığı yeni linzadan 8 dəfə çox (50 nanometr) olub.

Alimlər bildiriblər ki, molibdenin disulfid kristalı, həmçinin yüksək temperatura dayanıqlıdır, yarımkeçirici kimi tətbiq edilə və ya fotonları buraxa bilər.


Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə