Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015 / 17:39

Ötən il sosial mediada qlobal reklam bazarının 75 faizi Facebook-un üzərinə düşüb.

Xəbərlər Searchengines.ru-ya istinadən məlumat verir ki, 2014-ci ildə sosial mediada qlobal reklam bazarının həcmi ötən ildəkindən fərqli olaraq  41faiz yüksələrək 15,3 milyard təşkil edib. Facebook hələ bu bazarda aparıcı mövqe tutur.

2014-cü ildə Facebook sosial şəbəkələrdə qlobal reklam xərclərinin (15,3 milyard dollar bazarının 11,4 milyard dollar) 75 faizini təşkil edib. 1,2 milyard dollar qazanan Twitter-in payı isə 8 faiz olaraq müəyyənləşdirilib.

Analitiklərin proqnozuna əsasən, ilin sonuna kimi sosial mediada dünya reklam bazarının həcmi 19.8 milyard dollara və 2016-cı ilin sonuna qədər 24.2 milyard dollara çatacaq.

2014-cü ildə sosial şəbəkə istifadəçilərinin sayı ilk dəfə 2 milyard nəfəri ötüb. Onların 68%-ni Facebook istifadəçiləri təşkil edir.

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərinin 25%-i Çində yaşayır.

Hesabatın digər nəticələri aşağıdakılardır:

Sosial şəbəkə istifadəçilərinin təxminən 46%-i Asiya-Sakit okean regionunda yaşayır.

2014-cü ildə Şimali Amerikada ölkə əhalisinin sayı sosial şəbəkə istifadəçilərinin sayına nisbətən 64% təşkil edib.

Sosial mediada reklam bazarlarının təşkili ən çox ABŞ-ın üzərinə düşüb. Belə ki, məbləğ 2013-ci ildəkindən 35 faiz artaraq 6,2 milyard dollara çatıb.

Reklam həcminə görə ikinci böyük bazar Böyük Britaniyadır.

2015-ci ildə sosial şəbəkə istifadəçilərinin sayı dünya əhalisinin 31%-ni təşkil edəcək.

2019-cu ildə isə bu göstərici 2.72 milyard nəfər artaraq planet əhalisinin 36%-ni təşkil edəcək.

Ruhəngiz Muradova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.