Previous Next
Bağla

Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

22-09-2015 10:39
Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

İnternetə çıxışı olan insanların sayının artması zəifləyir və planet əhalisinin yarısından çoxu hələ də bu imkandan istifadədən məhrumdur. Bu barədə BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyası (United Nations Broadband Commission) tərəfindən hazırlanan hesabatda qeyd edilir.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, 2015-ci ildə qlobal miqyasda internetləşmənin artım tempi 8,1 faizə bərabər olub. Bir il əvvəl bu göstərici 8,6 faiz təşkil edib. 2012-ci ilədək bu göstərici uzun illər ərzində ikirəqəmli ədədlərlə artıb. Ekspertlərin proqnozlarına görə, bu say nəzərə alınmaqla 2020-ci ilədək internet istifadəçilərinin sayı 4 milyarda çatacaq.

Hazırda Yer kürəsi əhalisinin təxminən 57 faizi (4 milyard nəfərdən çox) internetdən mütəmadi və ya aktiv istifadə etmir. Bu vəziyyət operatorların ölkələrin ucqar regionlarında telekommunikasiya infrastrukturunun inkişafına çoxlu vəsait xərcləmək istəməməsi, eləcə də mobil rabitə abunəçilərinin sayının artım tempinin kəskin azalması ilə əlaqədardır.

2014-cü ildə 2,9 milyard insan internet istifadəçisi olub, cari ilin sonunadək bu göstəricinin 3,2 milyard nəfərədək artacağı gözlənilir ki, bu da planetin ümumi əhalisinin təxminən 43,4 faizi deməkdir.

BMT-nin proqnozuna görə, 2020-ci ildə dünyada internetin nüfuzetmə səviyyəsi 60 faizə çatacaq.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Cisco: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”

04-06-2015

Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

27-05-2015

BMT: Dünyada 2,6 milyard insan hələ də internetə qoşulmayıb

13-09-2023

Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

03-06-2015

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015

Mobil qurğu istifadəçilərinin sayı 5,5 milyardı ötəcək

20-07-2017

“Mobil rabitə istifadəçilərinin sayı 7 milyardı ötəcək”

19-09-2015

2012-ci ilədək dünya əhalisinin 30% internetdən istifadə edəcək

23-07-2008

Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

22-06-2015

Dünyada 3,9 milyard nəfərin interneti yoxdur

20-09-2016

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016

Azərbaycanda internetdən istifadə edənlərin sayı artıb

22-09-2015

Mobil İnternet bazarının həcmi 3 dəfə artacaq

26-05-2015

SİM kartların sayı Yer kürəsi əhalisinin sayına yaxınlaşıb

04-06-2015

“LTE” abunəçilərinin sayı 1,4 milyard nəfərə çatacaq

16-06-2015

Qlobal internet trafikinin həcmi 1 zettabayta yaxınlaşıb

12-02-2016

Azərbaycan İKT reytinqində 9 pillə irəlidə

01-12-2015

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015

Şəhər və kəndlərində əhalinin internetdən istifadə göstəriciləri açıqlanıb

10-03-2025

Satış həcminin 50 faizi İnternetlə həyata keçiriləcək

03-08-2015

Rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının sayı 1,65 milyarda çatacaq

27-05-2015

Dünyada rominq abunəçilərinin sayı 900 milyona çatacaq

28-01-2020

2020-ci ilədək onlayn ödənişlərin həcmi neçə faiz artacaq?

16-06-2015

Dünyada mobil telefon istifadəçilərinin sayı 4 milyard nəfərə çatıb – BTİ

10-10-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə