Facebook sosial şəbəkəsində ciddi problemlər yarandı

27-01-2015 / 11:20

Bu gün səhər saatlarından Facebook sosial şəbəkəsinə daxil olmaq mümkün olmayıb

Həmçinin "İnstagram" və Tinder sosial şəbəkələrinə girişdə də problem yaranıb. Bu sosial şəbəkə də Facebook tərkibinə daxildir.

Xarici mətbuatın verdiyi məlumata görə, Facebook bütün dünyada  çöküb.

Sosial şəbəkələrdə texniki problemin saat 10- dan etibarən başladığı deyilir. İlkin ehtimal kimi Facebook-a kiber hücüm həyata keçirildiyi güman edilir.

Artıq dünya mətbuatında probelmin haker hücümu ilə bağlı olması  haqqında informasiyalar verilir.

Lizard Squad haker qrupunun məsuliyyəti öz üzərinə götürdüyü qeyd olunur.

Oxşar hadisə ötən ilin avqust ayında da baş vermişdi.

Xəbər hazırlanan ərəfədə artıq sosial şəbəkələrin fəaliyyətinin bərpa edildiyi bildirilir.

 Xəbərlər.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə