Gömrük xidməti informasiya texnologiyalarının tətbiqində ciddi uğurlar qazanıb

03-06-2015 / 19:09

Dünya Gömrük Təşkilatının (DGT) təşəbbüsü əsasında Azərbaycan gömrük xidmətinin əməkdaşları Asiya və Sakit okean hövzəsi ölkələrinin gömrük xidmətlərinin müasirləşdirilməsi istiqamətində və yeni innovasiya texnologiyalarının tətbiqi sahəsində fəal iştirak edirlər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, Fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramları baş idarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev bu barədə iyunun 3-də Dövlət Gömrük Komitəsində (DGK) Oman Kral Polisinin Gömrük Departamentinin nümayəndə heyəti ilə görüşdə deyib. İqbal Babayev Azərbaycan gömrük sahəsində son illər innovasiya texnologiyalarının tətbiqi və gömrük xidmətinin müasirləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. İdarə rəisi bildirib ki, DGK əldə etdiyi bu təcrübə və bilikləri qonşu ölkələrlə də paylaşır. Azərbaycan gömrük xidməti Qazaxıstan, Özbəkistan, Makedoniya və Ukrayna kimi dövlətlərə gömrük xidmətində informasiya texnologiyalarının tətbiqi məsələlərinin diaqnostikası və gömrük xidmətinin modernizasiyası layihələrinin hazırlanmasında kömək göstərib.

Oman Kral Polisinin Gömrük Departamenti baş direktorunun müavini Xəlifə Əlsiyabi Azərbaycanda olmaqdan məmnunluğunu bildirib. Azərbaycan gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində ciddi uğurlar qazandığını qeyd edən qonaq bu təcrübənin öyrənilməsində kömək göstərilməsindən məmnun olacaqlarını diqqətə çatdırıb.

Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin Hədəf mərkəzində və Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük keçid məntəqəsində gömrük işinin təşkili və texnologiyaları ilə tanış olub.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə