Sentyabrın 18-i Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasında Açıq qapı Günü keçiriləcək.
Xeberler.az-ın məlumatına görə, tədbirdə AzPMA-nın prezidenti, IPMA level A-Sertifikatlaşdırılmış layihələr direktoru, professor İqbal Babayevin "Layihələrin idarə edilməsi: gələcəyi öyrənirik” mövzusunda açıq mühazirəsi olacaq.
Mühazirə zamanı peşəkar biliklərin əsası, beynəlxalq sertifikatlaşdırma proqramı, milli kompetensiya elementləri kimi mövzular müzakirə olunacaq.
Karyerasını inkişaf etdirmək istəyən şəxslər məzunlardan və təcrübəli layihə menecerlərindən maraqlı məlumatlar əldə edə biləcəklər.
Tədbirdə İqbal Babayevin “Layihə menecerinin yol xəritəsi” kitabının da təqdimatı keçiriləcək.
Gömrük xidməti general mayoru, texnika elmləri doktoru , professor İqbal Babayev hazırda Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi vəzifəsində çalışır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri