İlk iPhone-nun təqdim edilməsindən 10 il ötür-Video

09-01-2017 / 13:41

10 il əvvəl, 9 yanvar 2007-ci ildə Steve Jobs ilk iPhone telefonu  təqdim etdi.

Bizə dünən kimi gələn o vaxtdan bəri çox dəyişikliklər oldu.

Son günlər artıq iPhone 7s və  8-in yenilikləri barədə məlumatlar paylaşırıq. Amma ilk iPhone bundan  tam 10 il əvvəl, yəni 9 yanvar 2007-ci ildə bir Macworld tədbirində gün işığına çıxdı.

Təqdimat mərasimi:

Xeberler.az xatırladır ki, o dövrün həqiqi mənada inqilabi yeniliklərini təqdim edən bir telefon olan iPhone dövrün ən məşhur 3 texnologiyasını bir yerə toplamışdı.Belə ki, internetə qoşulan, iPod kimi musiqi imkanı təqdim edən və  toxunaqlı (touch screen)  ekrana sahib olan telefon istehsal edən Apple dünya texnologiya gündəminin mərkəzində idi.

İlk iPhone-nun xüsusiyyətləri

3.5 düymlük 480p TFT ekranı, 412 MHz sürətindəki ARM 11 prosessoru, PowerVR MBX qrafik əməliyyat vahidi, 2MP kamera və 4/8 / 12GB storage tutumuyla qarşımıza çıxan ilk  iPhone indi baxıdığımzada yetərli göstəricilərə sahib olmasa da, o dövrün ən yaxşı telefonu idi.

Günel 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.