Əvvəllər ev telefonu olan iPhone-un tarixi

30-09-2015 / 14:50

2007-ci ildə yaradılan iPhone artıq 8 ildir ki, fəaliyyət göstərir.

Bu gün  daha da məşhurlaşan iPhone modellərində indiyə qədər  bir  çox dizayn və funksiya dəyişiklikləri olub.

Xeberler.az bu illər ərzində iPhone-da olan dəyişiklikləri araşdırıb.

İlk iPhone

Belə ki, iPhone adlı ilk telefon ev telefonu olub.  Bu telefonlara internetə də  daxil olmaq və mail göndərmək mümkün idi.

 iPhone 2G

İlk smartfon iPhone modeli iPhone 2G adlanıb. 2007-ci ildə Steve Jobs tərəfindən təqdim olunan ilk iPhone-un 2 meqapiksel şəkil çəkmək, internetə daxil olmaq kimi funksiyalara malik olub.  Bu model 320x480 toxunaqlı ekrana sahib idi. Ən çox 8 GB yaddaşa sahib olan smartfonda iOS 3 əməliyyat sistemindən istifadə edilirdi.

Bu telefonun istifadə olunmamış versiyasını ala bilərsiniz. 8GB yaddaşa sahib, qara rəngli model  Amazon-da Apple tərəfindən 25.500 dollara satılır.

 

iPhone 3G

İkinci nəsil olan iPhone 3G 2008-ci ilin iyun ayında təqdim olunub.  Yeni iPhone-un ən böyük yeniliyi smartfonun köməyi ilə 3G sürətli internetdən istifadə etmək funksiyasıdır. Həmçinin, Apple-ın tətbiq mağazası olan App Store ilk dəfə bu telefona əlavə edilib.

 

iPhone 3G S

Apple üçüncü nəsil olan iPhone 3G S modelini 2009-cu ilin iyul ayında təqdim edib. Yeni iPhone 3.2 meqapiksel kameraya sahib olub 480p(VGA) video çəkmək xüsusiyyətinə malik idi. “Voice Control” ilk dəfə bu telefonda sınaqdan keçirildi.

iPhone 4

Dizaynında böyük dəyişikliklər edilən iPhone 4  2010-cu ilin iyun ayında təqdim olunub. Eyni zamanda Steve Jobs-un təqdim etdiyi son iPhone modeli idi. iPhone 4 modelinin digərlərindən fərqi 640x960 toxunaqlı ekrana və 5 meqapiksel kameraya sahib olması idi.Həmçinin yeni modeldə kameranın yanına LED flaş əlavə edildi.

 

iPhone 4S

iPhone modellərinin arasında ən çox satılan iPhone 4S 2011-ci ilin oktyabr ayında Tim Cook tərəfindən təqdim olunub. Kamerasını təkmilləşdirən iPhone artıq 8 meqapiksel kamera, 1080p(Full HD) video çəkmə özəlliyi, HDR rejimi və panoramik şəkil çəkmək özləlliyinə sahib idi.

iPhone 3G S-də təməli qoyulan “voice control” iPhone 4S-də Siri olaraq təqdim olundu.

 

iPhone 5

iPhone ailəsinə məxsus bu modeli  2012-ci ilin oktyabr ayında Tim Cook təqdim etdi. iPhone 5 artıq 4 düymlük ekrana və 1 GB RAM-a sahib idi. Həmçinin, telefon 4G-i dəstəkləyirdi.

 

iPhone 5S

S modellərində  isə dizayndan daha çox təchizat məsələlərinə diqqət yetirilirdi.  Yeni iPhone 5S 2013-cü ildə təqdim olundu. Yeni iSight kamera  yüksək keyfiyyətlə şəkillər çəkərək bir çoxlarını özünə heyran etmişdi. Cüt LED flaş vasitsilə artıq qaranlıqda daha keyfiyyətli şəkillər çəkmək mümkün idi. Eyni zamanda yeni iPhone ilə 720p “slow motion” video çəkmək mümkün idi.

Həmçinin, yeni smartfona daha bir rəng əlavə edildi. Artıq iPhone qara, ağ və qızılı rəngdə mövcud idi. iPhone 5S ilə gələn ən böyük özəllik isə barmaq izi oxuyucusunun olması idi.

 

iPhone 5C

iPhone 5S ilə eyni vaxtda təqdim olunan iPhone 5C plastik örtük və müxtəlif rəngləri ilə fərqlənirdi. Lakin iPhone-un bu sınağı uğurlu alınmadı.

 

iPhone 6

2014-cü ildə təqdim olunan iPhone 6 gözlədiklərindən daha çox satıldı. Yeni telefonun ekranı digərlərindən fərqli olaraq daha da böyüyərək 4.7 düymlük oldu. iOS 8 sistemi ilə gələn yeni telefon NFC-ə sahib idi. NFC funksiyası Apple Pay-dən istifadə üçün nəzərdə tutulub.

iPhone 6 Plus

Bu smartfon iPhone 6 ilə eyni gündə təqdim olundu. iPhone 6-dan funksiyalarına görə çox fərqlənməsə də görünüş baxımından daha böyük  idi.

iPhone 6S və iPhone 6S Plus

Bu il, sentyabrin 9-da iPhone 6S-in təqdimatı oldu. Yeni iPhone digərlərindən həm funksiya, həm də görünüş baxımından fərqlənir. iPhone 6S-ə yeni çəhrayı qızıl çaları rəngi əlavə olunub, kamerasında böyük dəyişikliklər edilib. Həmçinin, artıq iPhone 128 GB yaddaşa malik telefonlar satışa çıxarıb.

İphone 6S ilə eyni gündə təqdim olunan telefon funksiya baxımından fərqlənmir. 

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə