iPhone 7 8MP kamera ilə gəlir

12-02-2015 / 15:12

Apple-ın yeni telefon modeli iPhone 7 üçün yeni məlumatlar məlum olub.

Heyran kütləsinə sahib olan şirkətin cihazın yeni modeliylə əlaqədar məlumatlar Jeff Punun hesabatından ictimaiyyətə təqdim olunub. Jeff Punun hesabatına görə, sıradakı iPhone 6s ya da iPhone 7 olaraq qarşımıza çıxacaq olan cihazın texniki xüsusiyyətlərində kamera mövzusunda dəyişiklik olmayacaq.

İstifadəçilərinə yenə 8MP-lik bir kamera təqdim edəcək olan şirkətin sonrakı modelini görməyimizə təxminən 7 aylıq bir müddət varkən, Jeff Punun iPhone haqqında hesabatı çox sayda insan tərəfindən dəstəklənib. Jeff Pu kamera mövzusunda iPhone bir sürpriz görməyəcəyimizi dilə gətirərkən, eyni zamanda yeni nəsil iPhone-larda 6 Plus ilə gələn ölçü dəyişikliyini görməyəcəyimiz bildirilir.

Yeni iPhone-lara kamera xüsusiyyətləri mövzusunda yeni imkanlar qazandırılacağı ortaya atılan iddialar arasındadır.

 

                                                                                               Sevil Rəsulzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə