İnsanı smartfonuna görə tanımaq mümkündür

16-11-2016 / 13:36

Kaliforniya Universitetinin alimləri smartfondan götürülmüş nümunələrə əsasən, onun sahibinin dəqiq portretini tərtib etməyə müvəffəq olublar.

Məlum olduğu kimi, insan dəri hissəcikləri, molekul və mikroblar, həmçinin ətir və gigiyena predmetlərindəki kimyəvi birləşmələr şəklində bir çox izlər qoyur.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, aparılan elmi tədqiqatda bir neçə gün ərzində öz qurğularından istifadə edən 39 insan iştirak edib. Sonra alimlər smartfonların müxtəlif hissələrindən və istifadəçilərin əllərindən nümunə götürərək kütlə spektrometrində analiz ediblər. Elektron qurğunun analizi nəticəsində əldə edilmiş məlumatlar smartfon sahiblərinin əllərindən götürülmüş nümunələrdən alınmış məlumatlara tam uyğun gəlib. Bundan başqa, həmin məlumatlara əsasən, istifadəçilərin dəqiq “bioloji portret”lərini tərtib etmək mümkün olub.

“Tədqiqatda istifadə olunan izlərə əsasən, hər şeyi öyrənmək mümkün olsa da, kimyəvi analiz insanı barmaq izləri kimi 100 faiz identifikasiya etməyə hələ imkan vermir. Digər tərəfdən, əldə olunmuş məlumatlar artıq kriminalistikada, həmçinin pasiyentlərin rejimini izləmək üçün tibbi təcrübədə istifadə edilə bilər”, – deyə tədqiqat müəllifi doktor Amina Buslimani bildirib.

 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.