Previous Next
Bağla

Yeni sistem insanı səsinə görə tanıyır

23-11-2017 10:58
Yeni sistem insanı səsinə görə tanıyır

Çinin SpeakIn startapının yaradıcıları insanı səsinə görə tanıyan sistem üzərində işləyirlər.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, texnologiya insanın səsinin unikal xarakteristikalarını müəyyən edir və onları səslərin məlumat bazası ilə qarşılaşdırır.

Sistemə insanı müəyyən etmək üçün cəmi bir neçə saniyə lazımdır.

“Səs izləri” tamamilə fərdiləşdirilib və əlavə bioloji identifikator kimi xidmət edə bilər. Texnologiya ilk növbədə təhlükəsizlik sistemlərinin yaradılması üçün faydalı olacaq.

Məsələn, o, cinayətkarları tanıya və izləyə biləcək: bank soyğunçusu sifətini maska arxasında gizləyə biləcək, lakin onun səsini təhrif etməsi çox çətin olacaq. Hazırda SpeakIn səslərin məlumat bazasının yaradılması üçün Çin polisi ilə sıx əməkdaşlıq edir.

Bildirilib ki, şirkət tərəfindən yaradılmış texnologiyanın dəqiqliyi 98 faiz təşkil edir.

Polis və hökumət tərəfindən istifadə ilə yanaşı, sistem ağıllı ev proqramlarında, həmçinin avtomobillərin işə salınması və ya istifadəçilərin avtorizasiyası üçün tətbiq edilə bilər.

Hazırda bir çox qurğular səs komandalarına reaksiya verir, lakin onlarla kimin danışdığını müəyyən edə bilmir.

“Səs izləri”ni tətbiq etməklə, onlara bunu öyrətmək olar. Nəticədə, məsələn, televizor hər bir istifadəçi üçün müəyyən kanalı qoşacaq.

Uşaq valideynin icazəsi olmadan avtomobili səs komandası ilə işə salmaq istəyərsə, sistem onu səsinə görə tanıyacaq və əməliyyatın qarşısını alacaq.

SpeakIn artıq bir sıra böyük investorları cəlb etməyə nail olub.

Hazırda şirkətlə Lenovo, Tencent, Asus, China Merchants Bank və adı açıqlanmayan avtomobil istehsalçısı əməkdaşlıq edir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yeni sistem saniyələr ərzində 2 milyard insanı tanıyır

Yeni sistem saniyələr ərzində 2 milyard insanı tanıyır

13-12-2017
Yeni biometrik sistem insanı bədən qoxusuna görə tanıyır

Yeni biometrik sistem insanı bədən qoxusuna görə tanıyır

28-03-2016
Meta “Play AI”ni satın alıb

Meta “Play AI”ni satın alıb

15-07-2025
Robot-itlər yaşlı insanlara yardım edəcək

Robot-itlər yaşlı insanlara yardım edəcək

02-05-2017
Səsi aydın ötürən qulaq implantatı təqdim olunub

Səsi aydın ötürən qulaq implantatı təqdim olunub

23-07-2019
İstənilən səsi təqlid edən sistem

İstənilən səsi təqlid edən sistem

06-03-2018
Gözəgörünməz robot hazırlanıb

Gözəgörünməz robot hazırlanıb

07-02-2017
Bütün qurğular emosiyaları tanıyacaq

Bütün qurğular emosiyaları tanıyacaq

17-06-2017
Azərbayan və Özbəkistan IT sahəsində birgə layihələri müzakirə edir

Azərbayan və Özbəkistan IT sahəsində birgə layihələri müzakirə edir

04-08-2025
CES 2017-də təqdim olunan əsas texnoloji yeniliklər

CES 2017-də təqdim olunan əsas texnoloji yeniliklər

10-01-2017
«Royal Bank» ilin sonuna kimi «SMS banking» üzrə xidmətlərə başlayacaq

«Royal Bank» ilin sonuna kimi «SMS banking» üzrə xidmətlərə başlayacaq

03-12-2009
İnsanı smartfonuna görə tanımaq mümkündür

İnsanı smartfonuna görə tanımaq mümkündür

16-11-2016
Ağıllı maus hazırlanıb

Ağıllı maus hazırlanıb

08-07-2019
İnsanları yerişinə görə tanıyan texnologiya

İnsanları yerişinə görə tanıyan texnologiya

13-10-2017
İnsanabənzər robot yaradılıb

İnsanabənzər robot yaradılıb

31-01-2017
Bu notebookun səs problemi yoxdur

Bu notebookun səs problemi yoxdur

02-09-2009
Səsli biometrik axtarış sistemi Meksika hökumətinə kömək edəcək

Səsli biometrik axtarış sistemi Meksika hökumətinə kömək edəcək

31-03-2011
3D printerdə çap edilmiş obyektlər ilkin formasını yadda saxlayacaq

3D printerdə çap edilmiş obyektlər ilkin formasını yadda saxlayacaq

29-08-2016
“WhatsApp”a yeni funksiya əlavə edilib

“WhatsApp”a yeni funksiya əlavə edilib

07-04-2026
Robot və telefonun ilk hibridi satışa çıxarılıb

Robot və telefonun ilk hibridi satışa çıxarılıb

27-05-2016
Avtomobilləri müəyyən edəcək sistem yaradılır

Avtomobilləri müəyyən edəcək sistem yaradılır

21-09-2015
Küçə fənərləri cinayətlər haqqında məlumat verəcək

Küçə fənərləri cinayətlər haqqında məlumat verəcək

19-10-2015
Avtomobil sahəsini hansı dəyişikliklər gözləyir?

Avtomobil sahəsini hansı dəyişikliklər gözləyir?

01-12-2016
Mobil qurğular üçün üzün tanınması sistemi hazırlanıb

Mobil qurğular üçün üzün tanınması sistemi hazırlanıb

03-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə