Previous Next
Bağla

Yeni sistem saniyələr ərzində 2 milyard insanı tanıyır

13-12-2017 13:29
Yeni sistem saniyələr ərzində 2 milyard insanı tanıyır

Çinin süni intellekt sahəsində liderlik edən Yitu Technology şirkəti milyonlarla videonəzarət kamerasına qoşularaq insanları dərhal tanıya bilən süni intellekt alqoritmi hazırlayıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Dragonfly Eye adlandırılmış sistem milli məlumat bazasında olan 1,8 milyard fotoşəkildən ibarət kolleksiyaya malikdir.

Dragonfly Eye ilk iş günündə polis tərəfindən axtarılan insanı izləyərək onun dəqiq yerini hüquq-mühafizə orqanlarının əməkdaşlarına göndərib. Daha 567 cinayətkar da şəhər metrosunda sistem tərəfindən aşkar edilib.

“Fərz edək ki, əhalisi 24 milyon olan Şanxay şəhərində yaşayırıq. Bu qədər insanı izləmək hökumət üçün çətin məsələdir. Bunu texnologiyalardan istifadə etmədən həyata keçirmək mümkün deyil. Hətta çox sayda kamera olduğu halda, bütün videoçarxlara baxmaq mümkün olmur, axtarış çox vaxt aparır və böyük miqdarda məlumatlardan əhəmiyyətli nəticələr əldə etmək üçün böyük resurslar tələb edir. Lakin süni intellekt artıq mövcud olan infrastrukturdan istifadə edərək insanları asanlıqla tanıya bilər”, – deyə şirkətin həmtəsisçisi və icraçı direktoru Çju Lonq bildirib.

Onun sözlərinə görə, yeni alqoritm iki fərqli təsvirdə əks olunan şəxslərin eyni insan olub-olmadığını müəyyənləşdirməkdə gömrük mütəxəssislərindən daha dəqiqdir. Sistem obyekti milyonlarla insanın arasında hətta 25 və ya 30 il əvvəlki fotoşəkildən istifadə edərək tapa bilər.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni sistem insanı səsinə görə tanıyır

23-11-2017

Süni intellekt parolu tapmağı asanlaşdıracaq

19-09-2017

Bu texnologiya itmiş insanları tapacaq

20-06-2017

Yeni biometrik sistem insanı bədən qoxusuna görə tanıyır

28-03-2016

Süni intellekt insanı nə vaxt əvəz edəcək?

04-04-2018

Süni intellekt Sakit okeanda gizli zəlzələləri aşkar edir

26-07-2025

Robotlar insanlara məsləhət verəcək

12-04-2016

İnsanı smartfonuna görə tanımaq mümkündür

16-11-2016

"Google" Türkiyədəki zəlzələ barədə insanları dəqiq xəbərdar edə bilməyib

28-07-2025

Bu kamera insanları siluetindən tanıyacaq

23-08-2019

Yeni bir sistemin köməyilə reklamverənlər auditoriyanı öyrənə biləcəklər

30-10-2009

Robot-itlər yaşlı insanlara yardım edəcək

02-05-2017

Süni intellekt insanı bir çox sahələrdə üstələyəcək

05-06-2017

Süni intellekt eynəyi gələcəyin ən vacib texnologiyalarından biridir

31-07-2025

Yeni sayt selfie-dən 3D maska yaradır

23-09-2017

“Meta” süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

25-01-2025

“Meta” iri AI məlumat mərkəzlərinin tikintisinə milyardlara dollar ayırır

15-07-2025

İnsanı izləmək üçün onun telefon nömrəsini bilmək kifayətdir

19-04-2016

Dodaqdan oxuya bilən sistem yaradılıb

31-03-2016

Yeni robot it yaradılıb

19-08-2019

Dünyanın ən zəngin insanı kimdir?

01-08-2017

“Alibaba” süni intellektin inkişafına 52 milyard dollar sərmayə yatıracaq

24-02-2025

Süni intellekt hüquqşünas vəzifəsini icra edəcək

13-05-2016

Rəqəmsal fırıldaqçılığa qarşı mərkəzləşdirilmiş sistem yaradılacaq

20-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə