İnstitut əməkdaşı Azərkosmos müsabiqəsinin qalibi oldu

07-10-2017 / 10:32

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərov Azərkosmos ASC-nin “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” mövzusunda keçirdiyi müsabiqəsinin qalibi olub.

AMEA-dan Xeberler.az-a bildiriblər ki, alimə mükafat olaraq Azərkosmos ASC tərəfindən Azərbaycanın son aerokosmik görüntüləri və elektron xəritələri təqdim ediləcək.

Bundan əlavə, institutun əməkdaşları Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilən, nəsli təhlükədə olan növlərin yaşayış yerlərinin kompüter modelləşməsini aparacaqlar.

Əldə olunan modellər bu növlərin yayıla biləcəyi bütün potensial əraziləri müəyyənləşdirməyə imkan verəcək və gələcəkdə onların həmin ərazilərdə bərpa olunması proqramlarında istifadə ediləcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə