AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunda noyabrın 4-də keçirilən seminarda Azərkosmos ASC-nin əməkdaşı Ələskərov Elman "Azərbaycanda Yerin kosmik müşahidə fəaliyyəti" mövzusunda təqdimatla çıxış edib.
Qurumdan Xeberler.az-a verilən məlumata görə, təqdimat Yerin məsafədən müşahidəsinin fiziki əsasları, prinsipləri və tətbiq sahələrinə həsr olunub.
Təqdimat zamanı Azərkosmos-un əməkdaşları tərəfindən yerinə yetirilmiş bir neçə layihənin, o cümlədən Hirkan Milli parkında bitki örtüyünün monitorinqi, Hacıqabul gölünün arealının mövsümü və illər üzrə dəyişmə dinamikası, Kür ovalığında səhralaşma dərəcəsinin qiymətləndirilməsi nəticələri seminar iştirakçılarına təqdim olunub. Bundan əlavə seminar zamanı peyk təsvirlərinin digər sahələrdə tətbiq imkanları o, cümlədən ekoloji problemlərin həllində, təbii ehtiyatların istismarında, fövqəladə hallar zamanı istifadəsi müzakirə olunub.
Təqdimat seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Sonda iki təşkilat arasında gələcəkdə bu sahədə birgə əməkdaşlıq haqqında razılıq əldə olunub.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri