Kibertəhlükəsizlik üzrə Təlim Mərkəzi yaradıldı-Ölkədə ilk

10-04-2018 / 11:03

Azərbaycanda ilk dəfə kibertəhlükəsizlik üzrə peşəkar təlimlərə başlanıb.

Xeberler.az məlumat verir ki, "reverse engineering" və kibertəhlükəsizlik mütəxəssisi istiqamətlərində təlimlər keçən CYBERO Mərkəzi açılıb.

Yeni yaranan Təlim Mərkəzi bu sahədə mütəxəssis yetişdirmək niyyətindədir.

Şirkətdən saytımıza bildirilib ki, layihənin missiyası bir keyfiyyət standartı yaratmaqla bu sahə üzrə həm gənclərimizin, həm də korporativ təlim iştirakçılarının bilik və bu bilikdən yararlanmasındakı faydalılıq əmsalının yüksəldilməsidir.

Məlumata görə, təlimləri xaricdə müxtəlif istiqamətlər üzrə xüsusi təlimlər keçmiş yerli və ya müvafiq sahələr üzrə əməkdaşlıq edilən xarici ekspertlər tədris edir.

Qeyd edək ki, İT karyera qurmaq istəyənlər üçün təlim proqramları auditoriya olaraq individual və qrup təlimlərinə, texniki səviyyəyə görə isə başlanğıc, mütəxəssis və ekspert olmaqla 3 mərhələyə bölünür.

Korporativ təlimləri isə auditoriyaya görə sıravi kompüter istifadəçiləri, texniki işçilər və idarəçilər üçün nəzərdə tutulmuş 3 fərqli istiqamətdə keçirilir.

Qiymətlər barədə daha ətraflı burada.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə