Previous Next
Bağla

Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

20-09-2022 17:32
Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi çoxsaylı müraciətləri nəzərə alaraq keçirəcəyi təlimlərə qeydiyyat müddətini  20 oktyabr 2022-ci il tarixinədək uzadıb. Təlimlərdə iştirak etmək istəyən namizədlər bu keçidə daxil olub onlayn müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.

Xeberler.az bildirir ki, kibertəhlükəsizlik sahəsi üzrə keçiriləcək təlimlərə qoşulmaq  üçün 18 yaşdan yuxarı, ingilis dili biliklərinə malik Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Namizədlər onlayn qeydiyyat, test və müsahibə olmaqla üçmərhələli seçim turunda iştirak edəcəklər. Bütün mərhələləri uğurla keçən 60 nəfər təlimlərdə iştirak hüququ qazanacaq.  

6 ay müddətində ödənişsiz əsaslarla keçiriləcək təlimləri İsrailin Texnion Universitetinin professor-müəllim heyəti apacaq. Tədris ingilis dilində olacaq. Təlimlər əyani şəkildə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində həftənin 5 günü, hər gün 8 saat olmaqla təşkil olunacaq.

Proqramın ilk mərhələsində kibertəhlükəsizliyin əsasları, kompüter şəbəkələri, əməliyyat sistemləri və proqramlaşdırmanın əsasları tədris ediləcək. İkinci mərhələdə iştirakçılar hücum yönümlü (Red team) və ya müdafiə yönümlü (Blue team) istiqamətlər üzrə ixtisaslaşma təlimlərinə cəlb olunacaqlar. Proqramın sonuncu mərhələsində iştirakçılar xüsusi hazırlanmış platformalarda real iş mühitinə uyğun hazırlanmış ssenarilər əsasında praktiki tapşırıqları yerinə yetirərək əldə etdikləri bilik və bacarıqları daha da təkmilləşdirəcəklər. Təlim proqramını uğurla başa vuranlar sonda Texnion Universitetinin sertifikatını əldə edərək kibertəhlükəsizlik üzrə mütəxəssisə çevriləcəklər.

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin Texnion Universiteti arasında imzalanmış müqaviləyə əsasən təsis edilib. Növbəti 3 il ərzində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində kibertəhlükəsizlik sahəsi üzrə 1000-dən çox yerli mütəxəssisin hazırlanması nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat başlanıb

18-08-2022

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə tələbə qəbulu başlayıb

02-05-2023

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

08-10-2024

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

22-04-2025

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

07-04-2025

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayıb

03-11-2025

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!

06-05-2026

Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün 3 gün qalıb

28-11-2025

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020

İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

05-06-2023

İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

05-04-2023

RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır  

30-06-2022

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

24-07-2023

Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı-FOTO

28-03-2023

Kibertəhlükəsizlik mütəxəssisləri üçün “Purple team” təlimlərinə start verilib

01-10-2024

“Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı

07-07-2023

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

21-10-2019

“WorldSkills Şanxay 2026” yarışının milli komanda seçimləri başlayıb

24-09-2025

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022

Daha 100 nəfər Kibertəhlükəsizlik Mərkəzinin məzunu olub

10-02-2026

Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq təlimlərə qeydiyyat başlayıb

21-02-2020

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025

Azərbaycanda kibertəhlükəsizlik sahəsində yerli məhsulların hazırlanmasına başlanılıb

13-10-2023

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə