Previous Next
Bağla

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat başlanıb

18-08-2022 10:15
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat başlanıb

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin “Technion” Universiteti arasında imzalanmış müqaviləyə əsasən təsis edilmiş Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat prosesinə start verilib. Kibertəhlükəsizlik sahəsi üzrə təlimlərdə iştirak üçün 18 yaşdan yuxarı və ingilis dili biliklərinə malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

Xeberler.az bildirir ki, iştirakçıların seçimi bir neçə mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə təlimlərdə iştirak etmək istəyənlər onlayn qeydiyyat forması ilə müraciət edəcəklər. Yalnız qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələlərdə iştirak hüququ əldə edəcəklər. Daha sonra namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İT sahəsində bilikləri və ingilis dili səviyyəsi yoxlanılacaq. Sonuncu mərhələdə isə onlarla müsahibə aparılacaq və müsahibədən uğurla keçən 60 nəfər təlimlərdə iştirak hüququ əldə edəcək.

Proqrama qəbul olunan şəxslər 6 ay müddətində “Technion” Universitetinin professor-müəllim heyətinin keçəcəyi təlimlərdə iştirak edəcəklər. Tədris ingilis dilində aparılacaq. İştirakçılar şəbəkə, proqramlaşdırma, əməliyyat sistemləri ilə bağlı biliklər əldə etməklə yanaşı, kibertəhlükəsizlik sahəsində müxtəlif istiqamətlər üzrə ixtisaslaşacaqlar. Təlim proqramını uğurla başa vuranlar “Technion” Universitetinin sertifikatını əldə edərək kibertəhlükəsizlik üzrə mütəxəssisə çevriləcəklər.

Təlimlərdə iştirak etmək istəyən namizədlər https://cert.az/kibertehlukesizlik-telim-qeydiyyat.html keçidinə daxil olaraq və onlayn müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 20 sentyabr 2022-ci ildir.

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən növbəti 3 il ərzində 1000-dən çox yerli mütəxəssis hazırlanacaq. Bununla yanaşı, Mərkəzdə yerli təlimçilərin hazırlanması, mövcud mütəxəssislərin bilik və bacarıqlarının artırılması, eləcə də rəhbər şəxslər üçün təlimlərin təşkili nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

20-09-2022

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə tələbə qəbulu başlayıb

02-05-2023

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

08-10-2024

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

22-04-2025

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

07-04-2025

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayıb

03-11-2025

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!

06-05-2026

Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün 3 gün qalıb

28-11-2025

RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır  

30-06-2022

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020

“Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı

07-07-2023

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022

İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

05-06-2023

Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı-FOTO

28-03-2023

Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq təlimlərə qeydiyyat başlayıb

21-02-2020

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

24-07-2023

SOCAR və tərəfdaşları kibertəhlükəsizlik üzrə peşəkar kurslar təşkil edir

28-07-2021

İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

05-04-2023

“WorldSkills Şanxay 2026” yarışının milli komanda seçimləri başlayıb

24-09-2025

Kiber Hücumların Simulyasiyası Laboratoriyasının təcrübə proqramına start verilib

19-08-2021

Nazir müavini: "Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb"

24-07-2023

"Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları xaricə ixrac olunacaq"

22-09-2023

Regionlarda informasiya texnologiyaları üzrə təlimçilərin hazırlığına start verilir

07-09-2021

Kibertəhlükəsizlik Mərkəzinin dördüncü “Məzun Günü” keçirilib

30-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə