Lenovo smartfonu Azərbaycan bazarında satışa çıxarıldı

05-01-2016 / 14:58

Məlumat verdiyimiz kimi, ötən ilin iyun ayından artıq Lenovo-nın Azərbaycanda rəsmi nümayəndiliyi açıldı. Bununla da şirkət Azərbaycan bazarında yerini möhkəmləndirdi.

Xeberler.az bununla bağlı məlumat vermişdi ki, şirkət Azərbaycan bazarında smartfonların satışına başlayır. Belə ki, şirkətdən qeyd edilmişdi ki, 2015-ci ilin noyabr ayından etibarən Lenovo-nın smartfon telefonları Azərbaycan bazarında satışa çıxarılacaq.

Xeberler.az-ın məlumatına görə, artıq Lenovo telefonları Azərbaycan bazarında satışdadır.

Belə ki, Azərbaycan bazarında olan Lenovo P1 xüsusilə, ucuz qiymətə yaxşı smartofon axtaranlar üçün ideal seçim ola bilər.

299 AZN qiyməti olan smartfon 1,0 GHz-lik Mediatek mikroprosessorla  təmin edilib. 5.0 düym ekran ölçüsünə sahib smartfonun ekran ayırd etməsi 720x1280 pikseldir.

2 GB əməli yaddaşa və 16 GB daxili yaddaşa sahib Lenovo P1 mini 32 qiqabayta qədər yaddaş kartı da qəbul edir. 5 meqapiksel ön kameraya və 8 meqapiksel arxa kameraya sahibdir. Eyni zamanda Lenovo P1 mini iki SİM-kart qəbul edir.

Smartfon həmçinin barmaq izi sensoru ilə də təchiz edilib.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.