Diqqətli olun! Nokia E71 əvəzinə Nckla E71 satışdadır

03-04-2009 / 13:47

Çin şirkətləri texnologiya sayəsində də oxşar cihazlar istehsal etməyə iddialıdır.Bu dəfə hədəf kimi Nokia firması götürülüb.

Çin istehsalçıları orijinal maldan qat-qat aşağı keyfiyyətli və ucuz məhsul istehsal etməklə alıcıların cibinə girirlər. Bu da orijinal məhsulun satışına ciddi şəkildə təsir edir. Növbəti oxşar məhsul yenə telefon olub.

İstifadəçilər arasında məşhur olan Nokia E 71`in tam oxşarı olan Nckla E 71 istehsal edilib. Nckla E 71 orijinalından ilk baxışdan heç nə ilə fərqlənmir.Hətta menusu belə eynidir. Saxta telefon 2.2 düym ekran, 0.3 Meqapiksel daxili kameraya, MP3/MP4 player, GPRS & WAP əlaqələri, Bluetooth, FM Radio və 256 MB daxili yaddaşa malikdir. Xarici yaddaş kartı isə 2 GB-a qədər artırıla bilər.

Qiyməti isə 119 $-dır. Xatırladaq ki, bundan əvvəl Çin Nokia 5800-a oxşar Nckia 5800 mobil telefonunu satışa çıxarmışdı.Həmin telefonun qiyməti isə 160 $ idi.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə