Tayvanın “BenQ” kompüter texnikası istehsalçısı 2008-ci ilin ikinci yarısında tərk etdiyi mobil telefonlar bazarına qayıtmaq niyyətindədir.
İlin sonunadək şirkət ilkin və orta səviyyəli məhsullar kateqoriyasına aid iki “BenQ A3” və “BenQ F3” smartfon modelini Tayvan bazarında satışa çıxaracaq.Qurğuların xarici ölkələrin bazarlarında satışa çıxarılması barədə məlumat verilmir. “BenQ A3” dördnüvəli “Qualcomm” prosessoru, 960 х 540 piksel təsvir ölçülü (qHD) 4,5 düymlü sensor displey və 8 meqapikselli kamera ilə təchiz ediləcək.
“BenQ F3” dördnüvəli 1,2 giqahers takt tezlikli “MediaTek MT6589” prosessor, 4,5 düym diaqonallı qHD-ekran və 12 meqapikselli quraşdırılmış rəqəmli kameraya malik olacaq. Mobil qurğuların istehsalına “Qisda” şirkətinin fabriklərində başlanılacaq. Şirkət diqqətini hələlik monitor, televizor və proyektorların satışına yönəldib, (ictnews.az)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri