Lenovo, “Blackbery”ni almaq üçün təklif verməyə hazırlaşır

20-10-2013 / 08:19
Çinin kompüter istehsalçısı Lenovo Kanadanın "ağıllı" telefon istehsalçısı “Blackberry”ni satın almaq istəyən şirkətlər arasına qatılıb.
Məlumata görə, Lenovo “Blackberry” ilə gizli ilkin müqavilə də imzalayıb. Ağıllı telefon bazarına gec daxil olan Lenovo sürətlə irəliləyərək “Blackberry”dən daha çox telefon istehsal etməyi bacarıb. Araşdırma şirkəti “Gartner”in məlumatlarına görə, bu ilin ikinci rübündə qlobal ağıllı telefon satışlarında Lenovonun payı 4,7 % olduğu halda, “Blackberry” geriləyib. Pentaqon nümayəndlərindən birinin verdiyi məlumatlara görə,hazırda ABŞ Müdafiə Nazirliyinin sahib olduğu 600 min mobil cihazın 470 mini “Blackberry” markasına aid olduğu və ilin sonuna bu rəqəmin 1 milyonu aşması gözlənilir.
ABŞ Prezidenti Barak Obama da “Blackberry” istifadəçisidir. Kanadanın sənaye naziri Ceyms Moore hökumətin söz satış ehtimalından xəbərdar olduğunu bildirsə də, məsələ ilə bağlı şərh verməyib. Qeyd edək ki, “Blackberry” xarici şirkətə satılarsa, rəsmi şəkildə Sənaye Nazirliyi təsdiq edəcək.
Kanada qanunlarına görə, dəyəri 334 milyon ABŞ dollarından artıq olan şirkət satışı hökumət araşdırmasından keçməli və “dəqiq iqtisadi fayda” təmin etdiyinə ya da təhlükəsizlik riski meydana gətirib- gətirmədiyinə dair qərar verilməlidir.
Lenovonun təklif edəcəyi razılaşmanı həm Kanada həm də ABŞ hökumətləri araşdıracaq. Lenovo-nun “Blackberry” üçün 4 Noyabrda təklif verəcəyi gözlənilir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə