Mingəçevir İnkubator Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb

20-06-2015 / 10:32

Mingəçevir Yüksək Texnologiyalar Parkının (“YT Park” MMC) yaradılması istiqamətində intensiv iş aparılır. Bu il Mingəçevir İnkubator və Texnologiya Transferi Mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu məqsədlə bölgələrdə fəaliyyət göstərən “startup” və fərdi innovasiya layihələri cəlb ediləcək. Mərkəzin yaradılması işinin icrasını Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və Yüksək Texnologiyalar Parkı həyata keçirir.

Xeberler.az-ın Azertac-a istinadən verdiyi məlumata görə, “Mingəçevir Yüksək Texnologiyalar Parkı”nın fəaliyyətinin yüksək səviyyədə qurulması məqsədilə ilin sonunadək müvafiq tədbirlər həyata keçiriləcək. Bu il “Mingəçevir Yüksək Texnologiyalar Parkı”nın rəsmi internet saytı yaradılacaq. İl ərzində texnoparkın rezidentlərinin və digər şəxslərin istifadəsi üçün elektron xidmətlər istifadəyə veriləcək. Yüksək və müasir texnologiyaların öyrənilməsi və tətbiqi məqsədilə beynəlxalq təşkilatlar, xarici texnoparklar, elmi-tədqiqat və texnologiya mərkəzləri, elmi müəssisələr və universitetlər ilə əlaqələr qurulacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli Fərmanı ilə RYTN-nin tabeliyində “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması qərara alınıb. Texnopark innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi, təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirəcək.

Xeberler.az

 

ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.