Previous Next
Bağla

Mingəçevir İnkubatoruna müraciət edən gənclərlə görüş keçirilib

12-10-2016 12:23
Mingəçevir İnkubatoruna müraciət edən gənclərlə görüş keçirilib

Mingəçevir Yüksək Texnologiyalar Parkında İnkubasiya Mərkəzinin fəaliyyətinin təşkil edilməsi və Mingəçevir Yüksək Texnologiyalar Parkının İnkubatorunun rezidenti olmaq üçün təqdim olunan layihələrin araşdırılması və qiymətləndirilməsi məqsədilə bir sıra gənclər, eləcə də müvafiq təşkilatlarla görüş keçirilib.

Xeberler.az-ın məlumatına görə, görüş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkı – YT Park- MMC-nin və o cümlədən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nümayəndələrinin iştirakı ilə təşkil olunub.

Görüşdə Yüksək Texnologiyalar Parkında (YTP) İKT sahəsində layihələrin həyata keçirilməsi üçün yaradılmış imkanlardan danışılıb.

Qeyd olunub ki, artıq YTP tərəfindən İKT sahəsində sahibkarlığın və startapların  dəstəklənməsi ilə bağlı mütəmadi olaraq, tədbirlərin keçirilməsinə başlanılıb.

Eyni zamanda, Mingəçevir Texnologiyalar Parkının İnkubasiya Mərkəzinə layihələrin qəbuluna start verilib. Həmçinin, vurğulanıb ki, layihələr xüsusi komissiya tərəfindən qiymətləndiriləcək və Texnologiyalar Parkının meyarlarına uyğun gələn layihələr Parkın İnkubasiya Mərkəzində fəaliyyət göstərmək imkanı qazanacaqlar. Bundan başqa, uğurlu layihə müəllifləri mentor xidmətləri, investisiyaların cəlb olunması, xarici təcrübə və beynəlxalq tədbirlərə cəlb olunma imkanları ilə təmin olunacaqlar.

Daha sonra "Elektron tədris proqramı", "Şəxsi stilist" və "Aloservis" adlı layihələrlə bağlı təqdimat keçirilib və layihənin inkişaf istiqamətləri barədə layihə rəhbərlərinə müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, Azərbaycan bölgələrində startapların inkişafı,habelə innovativ və elmtutumlu məhsulların hazırlanmasında gənclərin iştirakı üçün biznes inkubasiya mərkəzlərinin yaradılması məqsədilə Mingəçevir, Gəncə, Quba, Xaçmaz, Masallı və Sumqayıt şəhərlərində müvafiq görüşlərin təşkil olunması planlaşdırılır.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mingəçevir İnkubasiya Mərkəzinə layihələrin qəbulu başlayıb

21-09-2016

Mingəçevir YT Parkının tikintisi yaxın müddətdə başa çatdırılacaq

28-10-2015

Biznes İnkubasiya Mərkəzinə 190 müraciət olub

28-01-2016

Mingəçevir İnkubator Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb

20-06-2015

YTP-nın İnkubasiya Mərkəzində 31 layihə fəaliyyətini davam etdirir

16-07-2015

Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

27-02-2015

Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

18-11-2016

Azərbaycan İKT sahəsində biznes-inkubator şəbəkəsini genişləndirir

22-05-2015

Mingəçevir Dövlət Universitetində Biznes İnkubator Mərkəzi açılıb

07-04-2016

Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi memorandum imzalayıb

22-12-2019

Mingəçevirdə tikiləcək Yüksək Texnologiyalar Parkı üçün hazırlıqlar başlayıb

22-04-2015

Bakı və regionlarda startap turlarına başlanır

15-02-2018

Azərbaycanda istehsal ediləcək Acer kompüterləri ilk hansı mağazada satılacaq?

08-12-2015

Azərbaycanda Acer kompüterlərinin istehsalına başlanır

30-11-2015

Mingəçevir Texnoparkına rezidentlərin qeydiyyatı başlayır

03-07-2015

“Mingəçevir Yüksək Texnologiyalar Parkı” ilə bağlı tədbirlər planı hazırlanıb

02-06-2015

Daha 2 şirkət Yüksək Texnologiyalar Parklarına rezidentliyə qəbul olunub

22-02-2021

Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

08-04-2016

Yerli startapların Silikon Vadisinə səfəri təşkil olunacaq

14-05-2018

Mingəçevirdə yüngül sənaye müəssisələri yaradılacaq

13-07-2016

İdeyadan Biznesə startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib

12-10-2018

Pirallahı YTP-da Nümayiş zalının tikintisi yekunlaşıb

25-12-2015

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018

YTP mütəxəssisləri Gənclərin innovasiya düşərgəsi çərçivəsində təlimlər keçiblər

11-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə