Previous Next
Bağla

Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

18-11-2016 20:54
Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

Bugün Mingəçevir Dövlət Universitetində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı regionda fəaliyyət göstərən startapçılarla görüş keçiriblər.

Xeberler.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev açılış nitqi ilə çıxış edərək universitetdə yaradılan İnnovativ Biznes İnkubator haqqında məlumat verib. Çıxış edənlərdən Fondun icraçı direktoru Elçin Zeynalov görüşün məqsədi və Fondun startap layihələrinə göstərdiyi dəstək haqqında söz açıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkının direktor müavini Kənan Bayramov çıxışında bildirib ki, bu gün yüksək texnologiyalar sahəsində yeni layihələrin başlaması və biznesin inkişafı üçün yaxşı imkanlar var və mövcud ekosistem inkişaf etdirilməkdədir.
 
Tədbirdə, həmçinin Mingəçevir Yüksək Texnologiyalar Parkının, Mingəçevir Gənclər evinin və startap ekosisteminin digər üzvləri iştirak ediblər. Daha sonra Mingəçevirdən olan və qrant müsabiqəsində qalib olan "İntellektual Multi Bələdçi", "Öyrən, Tətbiq et və Qazan", "enjoymingo.az" və "Əl işinin ticarəti" layihələrinin təqdimatları keçirilib. Sonda qrant müsabiqəsində qalib olan layihə müəllifləri Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları ilə təltif edilib.
 
Məlumat üçün bildirək ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi son qrant müsabiqəsinə 121 layihə təqdim olunmuş, onlardan 112-si ilkin, 61-i isə kompleks ekspertizadan keçərək Müşahidə Şurasına təqdim olunub. Müşahidə Şurasının qərarı ilə 29 layihə qalib elan olunaraq, ümumilikdə 395 000 AZN qrant vəsaiti ayrılıb.
 
Qeyd edək ki, Fond və Yüksək Texnologiyalar Parkı regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılmasını davam etidirir. Fond tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universitetində, regionlarda isə Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və Gəncə Dövlət Universitetində biznes inkubatorlarının yaradılmasına dəstək verilib.
 
Bu kimi biznes inkubatorların və mərkəzlərin yaradılmasında əsas məqsəd gənclərin İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etməkdən ibarətdir. Fond ali təhsil müəssisələrində yeni biznes inkubatorların yaradılmasına dəstək verir, həmçinin  mövcud inkubatorlarda layihələrə dəstək məqsədi ilə mütəmadi infosessiyalar keçirilir.


Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qalib startaplar təqdimat edib-Foto

04-11-2016

Qrant müsabiqəsi ilə bağlı infosessiya keçirilib

11-05-2017

Startap ekosisteminin inkişafı müzakirə edilib

30-04-2016

Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

08-04-2016

3-cü qrant müsabiqəsinin qalibləri açıqlandı

01-02-2016

Mingəçevir Dövlət Universitetində Biznes İnkubator Mərkəzi açılıb

07-04-2016

Mingəçevir İnkubasiya Mərkəzinə layihələrin qəbulu başlayıb

21-09-2016

Mingəçevir İnkubatoruna müraciət edən gənclərlə görüş keçirilib

12-10-2016

Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

27-02-2015

Startap Azərbaycan komandasının Əli Abbasovla görüşü keçirilir

03-07-2015

3-cü qrant müsabiqəsinin qalib layihələri hansılardır?

01-02-2016

Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi memorandum imzalayıb

22-12-2019

Startap Azərbaycan Mingəçevirdə tələbələrlə görüşüb-Fotolar

13-04-2016

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib

27-12-2018

Mingəçevir YT Parkının tikintisi yaxın müddətdə başa çatdırılacaq

28-10-2015

Mingəçevir İnkubator Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb

20-06-2015

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016

Startaplara ayrılan qrantın məbləği artacaq

17-08-2015

Regionlarda texnologiyaların tətbiqi genişlənir

09-11-2017

Qrant müsabiqəsinin 2-ci mərhələsindən 61 startap keçib

18-10-2016

Azərbaycan İKT sahəsində biznes-inkubator şəbəkəsini genişləndirir

22-05-2015

Qrant müsabiqəsinin qalib startapları açıqlandı-Siyahı

20-09-2017

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

02-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə