Previous Next
Bağla

Mingəçevirdə yüngül sənaye müəssisələri yaradılacaq

13-07-2016 09:54
 Mingəçevirdə yüngül sənaye müəssisələri yaradılacaq

Mingəçevir şəhərində sənaye potensialının artırılması, müasir infrastruktur və istehsal müəssisələrinin yaradılması, həmçinin yeni iş yerlərinin açılması istiqamətində işlər davam etdirilir.

Xeberler.az-ın məlumatına görə,  Mingəçevir Sənaye Parkının yaradılması ilə bağlı görülən işlər bu istiqamətdə atılan ən mühüm addımlardan biridir. Artıq bununla bağlı lazımi tədbirlər görülür. Prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib:

“Bu il Mingəçevir şəhərində yüngül sənaye kompleksinin təməli qoyulmalıdır. Bu, Mingəçevirdə işsizlik problemlərinin həllinə çox müsbət təsir göstərəcək və biz çox böyük, yeni sənaye mərkəzini yaradacağıq. Mingəçevirdə bir neçə böyük sənaye müəssisəsinin tikintisi nəzərdə tutulur. Burada da yüngül sənaye inkişaf edəcək. Yaxın zamanlarda minlərlə iş yeri açılacaqdır. İlk növbədə bu müəssisələrin inşası zamanı və ondan sonra həmin müəssisələrdə işləyəcək insanların sayı minlərlə ölçüləcək. Beləliklə, biz yeni sənaye mərkəzi yaradacağıq və insanları işlə təmin edəcəyik. Bu ilin sonuna qədər artıq birinci müəssisənin təməl daşı qoyulmalıdır və əminəm ki, qoyulacaqdır”.

Mingəçevir Sənaye Parkında yeni istehsal müəssisələrinin inşasına hazırlıq işləri görülür.

AZƏRTAC-ın müxbiri bu istiqamətdə görüləcək işlərlə maraqlanıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, bununla əlaqədar şəhərdəki köhnə toxuculuq fabrikinin 14,8 hektar ərazisi Mingəçevir Sənaye Parkına verilib. Həmin fabrikin ərazisində aparılan söküntü işləri başa çatdırılıb və yeni istehsal müəssisələrinin inşasına hazırlıq tədbirləri görülür.

Bunun ardınca ərazidə yüngül sənaye müəssisələrinin yaradılmasına başlanılacaq. Həmin sənaye kompleksində rəqabət qabiliyyətli məhsulların istehsalı planlaşdırılır. Mingəçevir Sənaye Parkında mahlıc, iplik, toxuculuq, boyama, tikiş və digər sahələr üzrə müəssisələr yaradılacaq.

İstehsal obyektlərində 2 mindən çox insan işlə təmin olunacaq. Yaradılacaq müəssisələrin ilkin dəyəri 100 milyon manatdır və bu layihələrin müəyyən hissəsi İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Yüksək Texnologiyalar Parkında innovativ məhsullar və yüksək texnologiyalar hazırlanacaq.

Bundan başqa, Mingəçevirdə iqtisadiyyatın inkişafı ilə bağlı mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında Yüksək Texnologiyalar Parkının yaradılması layihəsi də var. Mingəçevir şəhərində 1,3 hektar ərazidə qurulacaq parkda innovativ məhsulların və yüksək texnologiyaların hazırlanması, işlənməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, eyni zamanda, onların nəticələrinin tətbiqi mümkün olacaq.

Görülən işlər Mingəçevirdə sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, müasir infrastruktur və istehsal müəssisələrinin yaradılmasına, eyni zamanda, yeni iş yerlərinin açılmasına və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edəcək.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

27-02-2015

Mingəçevir İnkubator Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb

20-06-2015

Azərbaycanda Acer kompüterlərinin istehsalına başlanır

30-11-2015

Azərbaycanda istehsal ediləcək Acer kompüterləri ilk hansı mağazada satılacaq?

08-12-2015

Mingəçevir YT Parkının tikintisi yaxın müddətdə başa çatdırılacaq

28-10-2015

4SİM “Regional Universitet-Sənaye Birliyi Sammiti”ndə təmsil olunub

27-10-2025

Mingəçevirdə tikiləcək Yüksək Texnologiyalar Parkı üçün hazırlıqlar başlayıb

22-04-2015

Mingəçevir Texnoparkına rezidentlərin qeydiyyatı başlayır

03-07-2015

Mingəçevir Dövlət Universitetində Biznes İnkubator Mərkəzi açılıb

07-04-2016

Mingəçevir İnkubatoruna müraciət edən gənclərlə görüş keçirilib

12-10-2016

Sənaye parklarında çalışan sahibkarlar üçün təlimlər keçiriləcək

26-08-2016

Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi memorandum imzalayıb

22-12-2019

Azərbaycanda Lenovo kompüterlərin də istehsalı başlayır

01-05-2017

Azərbaycanda 2 min yeni Acer noutbuku istehsal edilib

02-10-2017

YTP-nın İnkubasiya Mərkəzində 31 layihə fəaliyyətini davam etdirir

16-07-2015

AKTA və Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

27-10-2025

Mingəçevir – Xocalı – Xankəndi – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

07-02-2025

Acer-in bütün avadanlıqları Azərbaycanda da istehsal ediləcək

02-12-2015

Nazir Ramin Quluzadə Mingəçevirdə vətəndaşları qəbul edəcək

09-10-2019

Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

18-11-2016

Azərbaycan Texnoparklarının uğurları davam edir

14-08-2019

Azərbaycanda Lenovo kompüterlərin istehsalı nə vaxt başlayır?

18-07-2017

Mingəçevir SES-də təmir-bərpa işləri aparılır

14-08-2019

“Mingəçevir Yüksək Texnologiyalar Parkı” ilə bağlı tədbirlər planı hazırlanıb

02-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə