Ölkədə kriptovalyuta bazarının tənzimlənməsi müzakirə olunacaq

27-02-2018 / 17:20

Yaxın zamanda ölkəmizdə blokçeyin texnologiyası ilə bağlı dəyirmi masa keçiriləcək.

Xeberler.az bildirir ki, tədbir Azərbaycan İnternet Forumu Cryptoacademy.azPortmanat.az qurumlarının təşkilaçılığı ilə baş tutacaq.

Məlumata görə, dəyirmi masada Azərbaycanda kriptovalyuta bazarının tənzimlənməsi, blokçeyn texnologiyalardan effektiv istifadə məslələri müzakirə edəcək.

Müzakirələrdə maraqlı tərəflərin nümayəndələri, müstəqil ekspertlər və sahə ilə bağlı mütəxəssislər iştirak edəcək.

Müzakirələrin yekunu olaraq Təkliflərin hazırlanması nəzərdə tutulur.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə