Onlayn qeydiyyat sistemi yoxsa “Onlayn əzab-əziyyət sistemi”

04-09-2013 / 14:08
Nəhayət  ki, uzun illərdən bəri gözlənilən  milli domenlərin onlayn qeydiyyat  sistemi  işə salındı. Daha doğrusu onun www.online.az saytını aktiv ediblər.
Sadəcə dəhşət və biabırçılıqdır !
Bilmirəm nə ad vermək olar bu resursa . Bəlkə də “onlayn əzab-əziyyət sistemi” daha uyğun ad ola bilər. Doğurdanmı bu cür primitiv və kustar formada hazırlanan bir sistem üçün bu qədər gözləməyə dəyərdi ?
İmkan tapıb qeydiyyatdan keçməyə və domen almağa cəhd etdim . Sistemlə uzun “vuruşmalardan “ sonra hesab aça bilsəm də milli domenin ödənişini reallaşdıra bilmədim.
Məncə nəsə baş qatmaq üçün,  “quş” qoymaq üçün, ya da yuxarılara göstərmək üçün təqdim oluna bir  resurs təsiri bağışlayır. Artıq sosial mediada bununla bağlı rəylər var və gözlənildiyi ki heç də ürəkaçan deyil 
Ümumiyyətlə indiki halda bu onlayn qedyiyyat sisteminin  kimə məxsus olmasını, "haqqımızda" menyusu olmasına baxmayaq , heç bir halda müəyyən etmk mümkün deyildir.
Qlobal dünyanın müxtəlif təbəqələrdən olan nümayəndələrinin də daxil olacağı milli informasiya resursunun bu səviyyədə olması əsla qəbul edilə bilməz. Sistemdə hədsiz sayda problemlər var, onlar haqqında və onların aradan qaldırılması haqqında bəzi fikirlərim:

1.    RİTN resursu ekspertizadan keçirməli və qiymət verməlidir ?
2.    Sayta yerləşdirilən Qaydaların heç bir hüquqi əsası yoxdur. Qanunvericiliyə zidd məqamlar burada öz əksini tapıb.  Telekommunikasiya haqqında Qanuna görə Tənzimləyici qurum yaradılmalı və bu qurum tərəfindən hazırlanan Qaydalar  Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilməlidir. Hələlik isə dəfələrlə deyilməyinə baxmayaraq belə bir Qurum formalaşmayıb və müstəqil Registrantlar yoxdur. Qaydalar da Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməyib. Belə bir halda bu Qaydalar hansı ad altında saytda yerləşdirdiyi anlaşılmazdır
İndiki halda təqdim olunan Qaydalar isə yalnız İntrans Şirkətinin özəl Qaydaları hesab oluna bilər ki, bu da heç bir halda hər hansı hüquqi nəticə yarada bilməz
     3.    İlk növbədə nəinki normal İT mütəxəssislər ya da dizaynerlər, sadəcə Azərbaycan dili üzrə mütəxəssis Onlayn qeydiyyat sisteminin hazırlanmasına cəlb olunmalıdır.
      4.   İndiyədək milli domenlərə sahib olanlar üçün bu domenlərin idarə edilməsi məqsədilə giriş məlumatları verilməlidir
       5.  Qeydiyyat prosesini ardıcıllıqla açıqlayan maarifləndirici informasiyalar hazırlanmalıdır. Tez-tez verilən sualalrın cavabları olmalıdır.
       6.  Sosial mediaya inteqrasiya olunmalıdır və onlayn help məsələsi həll olunmalıdır
       7.  Mübahisəli məqamlarla bağlı məsələlərin həlli mexanizmi hazırlanmalı və saytda  yerləşdirilməlidir
        8. Whois.az  sisteminə inteqrasiya olunmalıdır. Hazırda search edərək tapılan və artıq  qeydiyyatdan keçən domenin kimə məxsus olmasını müəyyən etmək mümkün deyil.
        9. Qeydiyyat prosesində çıxan errorların normal izahı verilməli və istifadəçini zəruri istiqamətə yönləndirməlidir. İndiki halda isə sadə istifadəçi uzun düşüncələrə dalmalıdır ki görəsən İntrans şirkəti  tez-tez ortaya çıxan bu errorlarla nə demık istəyir ?
        10. Qeydiyyat haqqı da baha olaraq qalır. Sistemdə Qeydiyyat haqqının 20 manat olması ilə bərabər digər 20 manatın nə üçün olması da anlaşılan deyil. İstifadəçi üçün qaranlıqdır ki digər 20 manat hansı xidmət üçündür. Bunun açıqlanması faydalı olardı
         11.  Sərbəstləşən dömenlərin, cəlbedici və populyar domenlərin, domen auksionlarının,  DNS-server xidmətlərinin , ümumiyyətlə domen təsərrüfatına aid yüzlərlə xidmətlərin Reqlamentləri hazırlanmalı ve resursda yerləşdirilməli idi
 
Yenə  o fikirdə qalırıq ki, nə qədər ki bu milli domen tənzimlənməsi RİTN-də bir nəfərin ambisiyasının qurbanı olub, bu belə də davam edəcək.
Vacibdir ki RİTN rəhbərliyi nəhayət ki prinsipiallıq göstərib  milli informasiya təhlükəsizliyimizin əsas tərkib hissəsi olan bu  məsələni beynəlxalq normalar və yerli qanunvericiliyə uyğun həll etsin.
Bu isə milli domenlərin qeydiyyatı üzrə müstəqil Tənzimləyici qurum yaradılması, normal Qaydaların hazirlanması , müstəqil Registrantların işə başlaması, şəffaflığın təmin olunması və burada monopoliyanın aradan qaldırılmasından ibarətdir.
 
Osman Gündüz
 
04.09.2013

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.