Previous Next
Bağla

Bu gün .az milli domeninin 30 yaşı tamam olur

25-08-2023 11:56
Bu gün .az milli domeninin 30 yaşı tamam olur

“.az” milli domenin yaradılmasından 30 il keçir. Milli domen 25 avqust 1993-cü ildən fəaliyyətə başlayıb.

“Milli domenimiz uzun və keşməkeşli bir inkişaf yolu keçib. Bu sahədə çoxlarının marağı olub. Bir “.az” domeninin qeydiyyatının 500 dollar olduğu vaxtı xatırlayıram. Xatırlayıram ki, 2001-ci ildə .az domeninin qeydiyyatının beynəlxalq standartlara uyğunlaşdıtılması, qeydiyyatın 300 dollardan endirilməsi ətrafında ilk dəfə internet ictimaiyyətinin müzakirələrini təşkil etmişdik. Arxivimdə bunlar indi də qalıb”.

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz paylaşım edib.

Onun sözlərinə görə, milli domenin qeydiyyat prosesi uzun müddət beynəlxalq normalara cavab verməyib. Elə indi də milli domenin tənzimlənməsində ciddi problemlər var.

Mövcud qaydalar beynəlxalq normalara cavab vermir, kollegial tənzimləyici qurum formalaşmayıb.

Osman Gündüzün bu barədə şərhini təqdim edirik:

Hazırda milli domenin idarə olunması vəziyyəti necədir?

Bu haqda dəfələrlə yazılıb. Milli domenin idarəetməsini həyata keçirən qurumun- .az domeninin milli inzibatçısının kim olması heç bir hüquqi sənəddə qeyd olunmayıb.

Yəni, milli inzibatçının tərifi verilib , amma kim olması naməlumdur.

Əslində bu, hamıya məlumdur, İntrans şirkətinin rəhbəri Faiq Fərmanov və Prezident Administrasiyasının bir sektor müdiri özləri bilən qaydada milli domeni idarə edirlər, qeydiyyatçılar yaradırlar, populyar milli domenləri xaricilərə hədsiz yüksək qiymətə satırlar və s.

Son anda özlərinin istədiyi kimi bir Qaydalar da təsdiqlədə biliblər.

Bir neçə il öncə, bir anda bu Qaydalarla milli domenin tənzimlənməsi səlahiyyətlərini RİNN-ə deyil, kollegial bir quruma deyil, sadəcə heç bir sənədlərdə adı keçməyən bir şəxsə verdilər və adını da qoydular milli inzibatçı.

Dünyanın heç bir yerində belə bir vəziyyətin olduğunu xatırlamıram.

Görəsən heç bir hüquqi sənəddə adı olmayan bir şəxs , yaxud qurum milli təhlükəsizliklə əlaqəli bir sahəni necə tənzimləyə bilir ?

Bu cür əhəmiyyətli dataların, reyestrlərin qorunması necə təşkil olunur?

Düşünürəm ki, bu sualların cavabını RİNN və DTX daha yaxşı biliər.

Fikrimcə, RİNN-nin yeni yaradılmış tənzimləyici qurumu, İKTA öz səlahiyyətləri çərçivəsində bu istiqamətdə beynəlxalq normalara uyğun, şəffaf, internet ictimaiyyətinin maraqlarına cavab verən bir mühit formalaşdırmalıdır.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Milli domenin milli inzibatçısı kimdir, milli inzibatçı səlahiyyətini ona kim verib?

Milli domenin milli inzibatçısı kimdir, milli inzibatçı səlahiyyətini ona kim verib?

02-05-2024
Ambisiyalar milli domenin gələcəyini sual altında qoyur-EKSPERT

Ambisiyalar milli domenin gələcəyini sual altında qoyur-EKSPERT

13-07-2018
Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?

Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?

13-08-2020
Milli domenə maraq niyə azdır?

Milli domenə maraq niyə azdır?

06-08-2013
Osman Gündüz: "Milli domenin qeydiyyatında ciddi problemlər var"

Osman Gündüz: "Milli domenin qeydiyyatında ciddi problemlər var"

11-04-2014
Milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyət hələ də qalmaqdadır

Milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyət hələ də qalmaqdadır

20-09-2012
Ekspert domen almaq qaydalarının dəyişdirilməsindən danışdı

Ekspert domen almaq qaydalarının dəyişdirilməsindən danışdı

01-03-2019
Ekspert: az domeni hələ də Azərbaycan yurisdiksiyasından kənardadır

Ekspert: az domeni hələ də Azərbaycan yurisdiksiyasından kənardadır

12-11-2025
Milli domen qeydiyyatı üzrə 12 qurumu kim yaradıb və haradadır bu qurumlar ?

Milli domen qeydiyyatı üzrə 12 qurumu kim yaradıb və haradadır bu qurumlar ?

11-09-2014
Milli domenlərin qeydiyyatında problemlər hələ də qalır

Milli domenlərin qeydiyyatında problemlər hələ də qalır

02-02-2016
Milli İnternet ünvanların legitimləşdirilməsi ilə  bağlı məsələ müzakirə ediləcək

Milli İnternet ünvanların legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə ediləcək

03-02-2010
Son iki ayda Azərbaycanda 60 yeni milli domen qeydiyyata alınıb

Son iki ayda Azərbaycanda 60 yeni milli domen qeydiyyata alınıb

07-07-2010
AİF rəhbəri Milli İnternet ünvanların qeydiyyatının tənzimlənməsi məsələsi ilə bağlı Əli Abbasova  məktub ünvanlayıb

AİF rəhbəri Milli İnternet ünvanların qeydiyyatının tənzimlənməsi məsələsi ilə bağlı Əli Abbasova məktub ünvanlayıb

18-02-2010
.AZ domenlər haqqında nağıl

.AZ domenlər haqqında nağıl

03-05-2008
Azərbaycanın yeni milli domeninin alınması 1 milyon dollara başa gələcək

Azərbaycanın yeni milli domeninin alınması 1 milyon dollara başa gələcək

30-09-2015
Azərbaycanda hər 1000 nəfərə cəmi 1.4 domen düşür - Osman Gündüz

Azərbaycanda hər 1000 nəfərə cəmi 1.4 domen düşür - Osman Gündüz

30-09-2025
“az” domeni üzrə milli inzibatçının hesabatlılığı ilə bağlı müzakirələr aparılıb

“az” domeni üzrə milli inzibatçının hesabatlılığı ilə bağlı müzakirələr aparılıb

02-05-2024
Ukraynanın .ua domeninin serverləri Avropa ölkələrinə köçürülüb

Ukraynanın .ua domeninin serverləri Avropa ölkələrinə köçürülüb

28-02-2022
Osman Gündüz: .az domeninin idarəçiliyində 30 illik model dəyişə bilər

Osman Gündüz: .az domeninin idarəçiliyində 30 illik model dəyişə bilər

09-06-2026
Milli domenlər

Milli domenlər

17-06-2010
AİF .az  domeninin qeydiyyat məsələsini yenidən gündəmə çıxardı

AİF .az domeninin qeydiyyat məsələsini yenidən gündəmə çıxardı

08-04-2010
Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.

Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.

17-10-2011
Milli domenlərin qeydiyyatı  milli təhlükəsizlik məsələsidir

Milli domenlərin qeydiyyatı milli təhlükəsizlik məsələsidir

06-08-2012
AİF milli domenlərin qeydiyyatı ilə bağlı nazirə müraciət edib

AİF milli domenlərin qeydiyyatı ilə bağlı nazirə müraciət edib

11-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə