Previous Next
Bağla

Milli domenlərin qeydiyyatında problemlər hələ də qalır

02-02-2016 13:18
Milli domenlərin qeydiyyatında problemlər hələ də qalır

Məlumdur ki, hazırda ölkədə  milli domenlərin qeydiyyatı ilə İntrans  şirkəti məşğul olur. Eyni zamanda bu qurumun nəzarəti altında olan bir neçə şirkət də qeydiyyat prosesində iştirak edir.

Belə ki,  Azərbaycanda yeganə qurum İntrans-dır ki, bütün .az domen infrastrikturuna  texniki dəstək  və qeydiyyat  bu qurumun əlində cəmləşib və buradan idarə olunur.

Lakin  bu fəaliyyətin  bir qurumun   əlində cəmləşməsi , inhisarçılığn olması və bunun idarəçiliyinin çox aşağı səviyyədə təşkil edilməsi cəmiyyətdə həmişə ciddi narazılıqlar doğurub.

2013-cü ildə  ildə milli domenlərin onlayn qeydiyyat sistemi hazırlanıb. Onlayn qeydiyyatın təkmil olmadığı , xidmətin aşağı səviyyədə olması haqqında ekspertlər və istiafdəçilər tərəfindən  tez -tez narazılıqlar edilir.

Ekspertlər də dəfələrlə vurğulayıb ki, ölkədə hazırda internetin və ümumiyyətlə İKT sahəsinin dinamik inkişafına uyğun gəlməyən sahə məhz milli domen infrastrukturudur.

Bildirilir ki, hazırda milli  domenlərlə bağlı internet ictimaiyyətin maraqlarına cavab verən qeydiyyat qaydaları yoxdur. (Hazırda mövcud olan qaydalar bir şirkətin özəl qaydalarıdır), milli domen qeydiyyatında monopoliya var və bir şəxsin nəzarətindədir, müstəqil qeydiyyatçılar və  qeydiyyat prosesində şəffaflıq yoxdur, qeydiyyat haqqı baha olaraq qalır( Qonşu ölkələrin milli domenlərinin qeydiyyat haqqı 3-4 $ , 5 – 6 $, 20 $ və s)

Həmçinin Azərbaycan dilində olan milli domen adlarından istifadə sistemi hazırlanmayıb.

Bütün bu qeyd olunanlar səbəbindən ölkədə .az domeninə maraq azdır, istifadəçilər daha çox digər beynəlxalq və digər ölkə domenlərinə üstünlük verirlər. Milli internet resurslarımız daha çox başqa domenlər altında fəaliyyət göstərirlər. Bir sözlə, milli domen qeydiyyatı milli maraqlara yetərincə cavab vermir, bu isə artıq milli informasiya təhlükəsizliyi məsələsidir. 

Ekspertlər uzun müddətdir  gündəmə gətirir ki, milli domenlərin qeydiyyat qaydaları müəyyən olunmalı, kollegial qeydiyyat qurumu fromalaşdırılmalı, milli domen qeydiyyatı üçün ödənilən rüsum aşağı salınmalı, qeydiyyat prosesində şəffaflıq təmin olunmalı, inhisarçılıq aradan qaldırılmalıdır.

Qeyd edək ki,  milli domenlərin qeydiyyatı ilə bağlı nəzarət  Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin kurasiyasındadır. Qeydiyyat qurumlarına birbaşa rəhbərlik isə  ETM-in direktoru, İntrans şirkətinin rəhbəri  Faiq Fərmanov tərəfindən həyata keçirilir.

Onlar dəfərlərlə məsələ ilə bağlı bütün fəaliyyətlərin qaydasında olduğunu desələr də, istifadəçilər və ekspertlər bu sahədə xidmətin çox aşağı səviyyədə, qanunvericiliyə və beynəlxalq normalar uyğun olmayaraq  təşkil olunduğunu bildirir.

Milli domenin (.az domeninin) qeydiyyatının tənzimlənməsi ilə bağlı problemlər  barədə dəfərlərlə  nazirliyə müraciət olunub. Bu haqda dünya təcrübəsinə dayanaraq  müxtəlif təkliflər irəli sürülüb. Lakin hələlik bu sahədə  problemlər istiqamətində hər hansı ciddi addım atılmayıb.

Son günlərdə sosial şəbəkədə online.az ilə bağlı paylaşılan etiraz , tənqidi yazılar bir daha bizi bu məsələyə qaytardı. Belə ki, online.az saytına üz tutan  bütün istifadəçilər saytın fəaliyyət səviyyəsinin əvvəlki dövrlərə nisbətən daha da aşağı düşdüyündən ciddi narazılıq edir.

İstifadəçilər bildirirlər ki , qurumun texniki şöbəsi altı və bazar gün işləmir. Həftə günlərində  də onların sorğularına, müraciətlərinə cavab verilmir.

Digər istifadəçinin sözlərinə görə,  hətta onun mailinə və telefon zənglərinə də qurum tərəfindən cavab verilmir. Saytda da qeydiyyatda keçəndə texniki problemlə qarşılaşırlar. Bu problemləni bildirmək üçün isə qurumdan heç kimi tapa bilmirlər.

İstifadəçilərin narazılığını və qarşılaşdıqları bu çətinlikləri nəzərə alaraq  qurum  dərhal ciddi tədbirlər görməli, bu fəaliyyətin müstəqil   həyata keçirilməsni tənzimləməlidir.

Bu problemlərə aydınlıq gətirmək üçün İntrans şirkətinin rəhbəri Faiq Fərmanovla əlaqə saxladıq.

Faiq Fərmanov Xeberler.az-a bildirib ki, istifadəçilər qarşılaşdıqları problemlə bağlı onlara rəsmi müraciət etmir:

“Bunu sosial şəbəkələrdə paylaşırlar. Bizim xəbərimiz olmur. Ola bilər ki, saytda qeydiyyat zamanı texniki problem olur. Əgər belə problem varsa, müraciət etsinlər biz kömək edək. Vətəndaşlar 0124980522 nömrəsi ilə mənimlə əlaqə saxlaya bilər ki, qarşılaşdıqlar problemi həll etməkdə onlara kömək edək”.

Faiq Fərmanov milli domenlərin qiymət məsələsinə də toxunub. O qeyd edib ki, artıq milli domenlərin qiyməti  13 dollardır.

Şirkət rəhbəri qeyd edib ki, yaxın vaxtlarda milli domenlərin qeydiyyat prosesi , online.az saytı ilə bağlı hər hansı yenilik gözlənilmir.

 Bütün bunların nəticəsi olaraq İT  ekspertlər  bildirir ki, milli domenlərin qeydiyyatı üzrə müstəqil tənzimləyici qurum yaradılmalı, məsələ ilə bağlı normal qaydalar hazırlanmalı, müstəqil qeydiyyat mexanizminin işə başlamalı, şəffaflığın təmin olunmalı və burada monopoliyanın aradan qaldırılmalıdır.

Ümid edirik ki, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində davam edən islahatlar  müddətində bu məsələyə də diqqət ediləcək. 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Milli domenə maraq niyə azdır?

Milli domenə maraq niyə azdır?

06-08-2013
Osman Gündüz: "Milli domenin qeydiyyatında ciddi problemlər var"

Osman Gündüz: "Milli domenin qeydiyyatında ciddi problemlər var"

11-04-2014
Özü onlayn, xidməti offlayn olan milli domenlərin qeydiyyat sistemindən  Açıqlama

Özü onlayn, xidməti offlayn olan milli domenlərin qeydiyyat sistemindən Açıqlama

25-12-2014
Azərbaycan əlifbasını dəstəkləyən domenlərin qeydiyyat sistemi yaxın bir il ərzində istifadəyə veriləcək.

Azərbaycan əlifbasını dəstəkləyən domenlərin qeydiyyat sistemi yaxın bir il ərzində istifadəyə veriləcək.

10-09-2014
Milli domen qeydiyyatı üzrə 12 qurumu kim yaradıb və haradadır bu qurumlar ?

Milli domen qeydiyyatı üzrə 12 qurumu kim yaradıb və haradadır bu qurumlar ?

11-09-2014
Milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyət hələ də qalmaqdadır

Milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyət hələ də qalmaqdadır

20-09-2012
Onlayn qeydiyyat sistemi yoxsa “Onlayn əzab-əziyyət sistemi”

Onlayn qeydiyyat sistemi yoxsa “Onlayn əzab-əziyyət sistemi”

04-09-2013
AİF milli domenlərin qeydiyyatı ilə bağlı nazirə müraciət edib

AİF milli domenlərin qeydiyyatı ilə bağlı nazirə müraciət edib

11-06-2018
Bu gün .az milli domeninin 30 yaşı tamam olur

Bu gün .az milli domeninin 30 yaşı tamam olur

25-08-2023
“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

01-03-2013
Azərbaycanın milli “*.az” domeninin 20 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək

Azərbaycanın milli “*.az” domeninin 20 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək

22-08-2013
Onlayn qeydiyyatı Azərbaycanda domen adlarının sayına təsir edəcək

Onlayn qeydiyyatı Azərbaycanda domen adlarının sayına təsir edəcək

06-03-2013
Milli İnternet ünvanların legitimləşdirilməsi ilə  bağlı məsələ müzakirə ediləcək

Milli İnternet ünvanların legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə ediləcək

03-02-2010
Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?

Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?

13-08-2020
Milli internet ünvanların qeydiyyatı məsələləri müzakirə olundu

Milli internet ünvanların qeydiyyatı məsələləri müzakirə olundu

05-02-2010
“*.az” domen zonasında onlayn qeydiyyat sistemi istifadəyə veriləcək

“*.az” domen zonasında onlayn qeydiyyat sistemi istifadəyə veriləcək

12-03-2013
AİF rəhbəri Milli İnternet ünvanların qeydiyyatının tənzimlənməsi məsələsi ilə bağlı Əli Abbasova  məktub ünvanlayıb

AİF rəhbəri Milli İnternet ünvanların qeydiyyatının tənzimlənməsi məsələsi ilə bağlı Əli Abbasova məktub ünvanlayıb

18-02-2010
az. zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artır

az. zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artır

22-06-2010
Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir

Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir

14-03-2013
Ekspert domen almaq qaydalarının dəyişdirilməsindən danışdı

Ekspert domen almaq qaydalarının dəyişdirilməsindən danışdı

01-03-2019
Milli domenlərin qeydiyyatı  milli təhlükəsizlik məsələsidir

Milli domenlərin qeydiyyatı milli təhlükəsizlik məsələsidir

06-08-2012
Son iki ayda Azərbaycanda 60 yeni milli domen qeydiyyata alınıb

Son iki ayda Azərbaycanda 60 yeni milli domen qeydiyyata alınıb

07-07-2010
Ambisiyalar milli domenin gələcəyini sual altında qoyur-EKSPERT

Ambisiyalar milli domenin gələcəyini sual altında qoyur-EKSPERT

13-07-2018
Milli internet ünvanların  qeydiyyatının dövlət  qurumunun nəzarətinə keçməsi yerli və beynəlxalq  normalara ziddir

Milli internet ünvanların qeydiyyatının dövlət qurumunun nəzarətinə keçməsi yerli və beynəlxalq normalara ziddir

30-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə