Qərb Universiteti İT kadrlar axtarır

02-11-2017 / 16:45

Azərbaycanın ilk özəl universitetlərindən Qərbi Kaspi Universiteti (keçmiş Qərb Universiteti) İT mütəxəssislər axtarır.

Belə ki, təhsil müəssisəsinin yeni tədris binası istifadəyə verilib və digər bir tədris korpusunun da tikintisi başlayıb. 

Məlumat verdiyimiz kimi, Universitetdə artıq texnoparkın yaradılmasına da başlanıb. Həmçinin, Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi yaradılıb.

Texnoparkın tərkibində inkubasiya mərkəzinin fəaliyyətə başladığı da bildirilir.

Xeberler.az-ın məlumatına görə, Universitet qarşıdakı tədris illərində İT ixtisasların yaradılması, innovasiyaların tətbiqi sahəsində ciddi layihələr həyata keçirməyə hazırlaşır. Belə ki, bu illərdə robototexnika və elektronika sahəsinə daha ciddi diqqət yetirilməsi nəzərdə tutulub.

Məlumata görə, hazırda yeni tədris binasında bu istiqamətdə laboratoriyaların yaradılması üzrə işlər görülür.

Qərbi Kaspi Universiteti bu işlərin görülməsi üçün peşəkar kadrlar axtarışındadır. 

Belə ki, müəssisə bu il mövcud olan və gələn ildən daha da genişləndirilməsi nəzərdə tutulan ixtisaslar üçün tədris prosesini yüksək səviyyədə qura biləcək müəllim, mütəxəssislər axtarır.

Universitet magistratura təhsili olan, xarici dilləri bilən və aşağıdakı istiqamətlər üzrə ixtisaslaşan mütəxəssisləri müəllim işləməyə dəvət edir :

- Elektronika, radiotexnika və telekommunikasiya ixtisasları
- Robotexnika ixtisasları
- Kompüter elmləri
- Web proqramlaşdırma
- Məlumat bazalarının qurulması

Maraqlananlar bu ünvana müraciət edə bilərlər : [email protected]

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə