Cənubi Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu Qərbi Kaspi Universitetinin (Western Caspian University) tələbələri ilə görüşüb, onların qarşısında qarşısında çıxış edib.
Bu barədə Xeberler.az-a Universitetdən məlumat verilib.
Universitetin rektoru Andris Leitas qonağa ali təhsil ocağı barədə məlumat verərək bildirib ki, Qərbi Kaspi Universiteti son illərdə tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş proqramlar və infrastruktur layihələri həyata keçirib. Bu tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin praktik layihələr üzərində işləməsi üçün Texnopark qurulub.
Cənubi Koreya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri barədə danışan səfir qeyd edib ki, iki ölkə arasında olduqca yaxşı münasibətlər, əlaqələr formalaşıb. Azərbaycanın son illərdə sürətli sosial-iqtisadi inkişafa nail olduğunu bildirən səfir vurğulayıb ki, bu tərəqqi özünü yüksək texnologiyalar sahəsində də göstərir. Səfir bildirib ki, Koreya və Azərbaycan bu sahədə ardıcıl olaraq əməkdaşlıq edir: “Ölkələrimiz müxtəlif istiqamətlər üzrə, eləcə də İKT, yüksək texnologiyalar və təhsil sahəsində əməkdaşlıq edir. Yüzə qədər azərbaycanlı Koreyada təhsil alır. Bizim ölkəmizdə də Azərbaycana maraq böyükdür, hər il xeyli sayda koreyalı turist zəngin Azərbaycan mədəniyyəti ilə tanış olmaq üçün bura gəlir”.
Daha sonra səfir tələbələrin suallarını cavablandırıb, onları maraqlandıran məsələlərlə şərh verib. Səfir Kim Çanq-Qyu Qərbi Kaspi Universitetinin tələbələrinin dünyada baş verən proseslərə yanaşmasını yüksək qiymətləndirib, gənclərlə fikir mübadiləsindən məmnunluğunu dilə gətirib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri