Previous Next
Bağla

Qərb Universitetində riyaziyyat müəllimlərinin forumu

14-05-2018 11:16
Qərb Universitetində riyaziyyat müəllimlərinin forumu

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə riyaziyyat müəllimlərinin forumu keçirilib.

Xeberler.az bildirir ki, 150-dək riyaziyyat müəlliminin qatıldığı forumda riyaziyyatın aktual məsələləri müzakirə edilib.

Forumun açılışında çıxış edən rektor, professor Andris Leitas universitet barədə qonaqlara məlumat verərək bildirib ki, Qərbi Kaspi Universiteti son illərdə tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş proqramlar və infrastruktur layihələri həyata keçirib.

Bu tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin praktik layihələr üzərində işləməsi üçün Texnopark qurulub.

Hazırda məktəblilərin də iştirakı ilə komandalar burada bir sıra layihələr üzərində işləyir. Bu layihələrdən biri Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Elektron Təhsil Respublika Müsabiqəsində birinci yerə layiq görülüb, daha sonra isə Türkiyədə keçirilən beynəlxalq müsabiqədə finala vəsiqə qazanıb.

Forumda Qərbi Kaspi Universitetinin müəllimləri - fizika üzrə fəlsəfə doktoru Svetlana Quliyevanın “Müasir elmin inkişafında Lütfizadə nəzəriyyələri: Qeyri-səlis məntiq nəzəriyyəsi və onun tətbiq sahələri”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Afaq Həsənovanın “Ehtimal nəzəriyyəsi və riyazi tətbiqi aspektləri” mövzusunda məruzələri dinlənilib.

Daha sonra müəllimlər universitetin yeni qurulmuş laboratoriya və mərkəzləri ilə tanış olublar. Məlumat verilib ki, Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi müasir və unikal laboratoriya və qurğularla təchiz edilib, burada praktik məşğələrin həyata keçirilməsi, layihələrin hazırlanması və sınaqdan çıxarılması üçün hər cür şarait yaradılıb.

Qeyd edək ki, Forumun keçirilməsində məqsəd orta məktəb müəllimlərini ixtisaslaşdıqları istiqamət üzrə yeni bilik və informasiyalarla tanış etmək, məlumat mübadiləsi həyata keçirmək, universitet və məktəb müəllimləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına töhvə verməkdən ibarətdir.

Sonda forum iştirakçılarına sertifikatlar təqdim edilib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rektor: “Mühəndislik ixtisasları üzrə kadr hazırlayırıq”

Rektor: “Mühəndislik ixtisasları üzrə kadr hazırlayırıq”

03-05-2018
“Ölkəmiz İKT sahəsində Azərbaycanla əməkdaşlıq edir”

“Ölkəmiz İKT sahəsində Azərbaycanla əməkdaşlıq edir”

18-04-2018
Dünya Meteorologiya Təşkilatının baş katibi Qərb Universitetində

Dünya Meteorologiya Təşkilatının baş katibi Qərb Universitetində

27-04-2018
Gənclərin və Məktəblilərin Yay Mühəndislik Forumu keçirilib

Gənclərin və Məktəblilərin Yay Mühəndislik Forumu keçirilib

14-07-2018
 Qərb Universiteti xarici şirkətlə memorandum imzalayıb

Qərb Universiteti xarici şirkətlə memorandum imzalayıb

06-03-2018
Məktəblilər üçün robototexnika təlimləri başladı

Məktəblilər üçün robototexnika təlimləri başladı

20-04-2018
Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

30-11-2017
Qərbi Kaspi Universitetində robotlar yarışıb

Qərbi Kaspi Universitetində robotlar yarışıb

26-05-2018
Qərbi Kaspi Universitetinin Texnoparkında hansı layihələr işləyir?

Qərbi Kaspi Universitetinin Texnoparkında hansı layihələr işləyir?

01-05-2018
Qərb Universiteti regionda robototexnika təlimləri keçəcək

Qərb Universiteti regionda robototexnika təlimləri keçəcək

04-04-2018
Robototexnika olimpiadasının qalibləri-Foto

Robototexnika olimpiadasının qalibləri-Foto

04-03-2018
Makers Day 2018 gənclər üçün təcrübə və iş imkanı yaradıb

Makers Day 2018 gənclər üçün təcrübə və iş imkanı yaradıb

17-11-2018
Ekspert: “Bu universitetdə peşəkar mühəndislər hazırlana bilər”

Ekspert: “Bu universitetdə peşəkar mühəndislər hazırlana bilər”

23-01-2018
Qərb Universiteti yeni əməkdaşlıq memorandumu imzaladı

Qərb Universiteti yeni əməkdaşlıq memorandumu imzaladı

09-04-2018
Qərb Universiteti İT kadrlar axtarır

Qərb Universiteti İT kadrlar axtarır

02-11-2017
Rektor yeni memorandumu şərh etdi

Rektor yeni memorandumu şərh etdi

17-12-2017
Məktəblilərin robotları döyüşəcək – Bu şənbə

Məktəblilərin robotları döyüşəcək – Bu şənbə

28-02-2018
Amerikalı tanınmış professor Qərbi Kaspi Universitetində

Amerikalı tanınmış professor Qərbi Kaspi Universitetində

19-12-2017
Bakıda Startap Günləri keçirilir-Foto

Bakıda Startap Günləri keçirilir-Foto

23-02-2018
Orta məktəblərdə riyaziyyat düzgün tədris olunur?

Orta məktəblərdə riyaziyyat düzgün tədris olunur?

09-12-2017
Ekspert: “Ölkəmizdə peşəkar mühəndislərə ehtiyac artır”

Ekspert: “Ölkəmizdə peşəkar mühəndislərə ehtiyac artır”

11-12-2017
Startap Günlərinə hazırlıqlar davam edir

Startap Günlərinə hazırlıqlar davam edir

11-02-2018
Bakcell daha bir universitetdə əmək yarmarkasına qatılıb

Bakcell daha bir universitetdə əmək yarmarkasına qatılıb

12-03-2018
Qərb Universiteti Texnoparkı yeni əməkdaşlığa imza atdı

Qərb Universiteti Texnoparkı yeni əməkdaşlığa imza atdı

02-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə