“İxtisas seçimi edən tələbə əksər hallarda məlumatsız halda seçimə gedir. Universitetlərdə mövcud olan, eləcə də daha çox tələbat olan ixtisaslar barədə məlumatsız olur. Yeni peşələr, istiqamətlər barədə məktəblilər ardıcıl olaraq məlumatlandırılmalıdır. Bu işdə universitetlərin də üzərinə müəyyən məsuliyyət düşür”.
Bu sözləri Xeberler.az-a açıqlamasında karyera məsələləri üzrə ekspert, “Karyera bələdçisi” kitabının müəllifi Eyvaz Qocayev deyib.
Mütəxəssis bildirib ki, elə ixtisaslar var ki, məktəbli heç onların adlarını da eşitməyib, hansı ki, real iqtisadiyyat bu peşənin mütəxəssislərini tələb edir:
“Məsələn, gəlin sorğu keçirək, görək, neçə məktəbli Yer quruluşu, torpaq və şəhər kadastrı və ya Təkrar emal və bərpa texnologiyaları ixtisası barədə nəsə eşidib. Yeni mühəndislik sahələri müasir dünyanın çağırışıdır. Ölkəmizdə də iqtisadiyyat inkişaf etdikcə, xüsusilə qeyri-neft sektoru – sənaye və texnologiya inkişaf etdikcə mühəndislik sahələrinin peşəkarlarına ehtiyac artır”.
E.Qocayev bildirir ki, universitetlər bu istiqamətlər üzrə ixtisasları məktəblilərə tanıtmalı və onlarda maraq yaratmalıdır:
“Bunun üçün “Açıq qapı” günləri keçirilməlidir. Şagird öz gözü ilə görməlidir hər şeyi. Çox az universitet bunu tətbiq edir. Bu tədris ilində ADA Universiteti və Qərbi Kaspi Universitetinin (əvvəlki Qərb Universiteti – red.) “Açıq qapı”ları barədə xəbərlərə rast gəlmişəm. Bu universitetlərə yaxşı maddi-texniki bazaya malikdir. Şagirdin gəlib bu bazanı görməsi onda maraq yaradır. Qərbi Kaspi Universiteti bu tədris ilindən etibarən mühəndislik sahələri üzrə kadr hazırlığı aparır, bildiyim qədəri ilə yaxşı baza formalaşdırıblar, indi də texnopark qururlar. Bu xətti davam etdirmək lazımdır. Kitab oxumaqla, nəzəriyyəni əzbərləməklə mühəndis yetişməz, mühəndis işin içində bişməlidir, praktik bacarıqlara yiyələnməlidir. Yaxşı ənənələri olan digər universitetlərimiz də doğru peşə seçimində şagirdlərə dəstək verməlidir”.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri